Xəbər lenti
Yol polisi uşağın yaşını necə müəyyən edəcək? - Maraqlıdır / video
Çünki adətən valideynlər uşaqlarının yaş kağızlarını üzərində gəzdirmir.
Yol polisi avtomobildə xüsusi oturacaqlar olmadan uşaq daşıyan sürücülərə qarşı mübarizəni gücləndirdiyini açıqlamışdı. Bildirildi ki, 12 yaşından aşağı olan uşaqların maşın daşınma qaydalarını pozan belə sürücülər cərimələnəcək. Amma maraqlıdır, yol polisi belə halla qarşılaşarsa uşağın yaşını necə müəyyən edəcək? Çünki adətən valideynlər uşaqlarının yaş kağızlarını üzərində gəzdirmir. Məsələyə əməkdaşlarımız aydınlıq gətirib. Üstəlik, sizin üçün avto kresloların satış yerləri, qiymətləri, funksiyaları haqda araşdırma aparmışıq.
Avtomobildə xüsusi oturacaqsız aparılan uşaqların yaşı necə müəyyən ediləcək? Çünki qanunda bunun xüsusi mexanizmi yoxdur. Üstəlik azyaşlı böyük görünə, yaxud, 12-dən çox yaşı olan uşaq kiçik görünə bilər.
Yol Polisi bildirir ki, bu yalnız vizual baxışla müəyyən edilir. Amma lazım olrsa yol polisi bort kompyuter vasitəsilə uşağın ad soyadını, doğum tarixini qeyd edib dəqiq məlumat ala bilər.
Bu arada uşaqlar üçün avtokresloları hardan almaq olar? Bakıda uşaq aksesurları satan bir çox mağazalarda belə oturacaqlar müxtəlif qiymətlərə satılır.
Bir çox elan saytlarında ucuz qiymətə işlənmiş avto kreslolar da satılır. Mütəxəssislər isə işlənmiş oturacaqları almağı məsləhət görmür.
Üstəlik, oturacaqların quraşdırılma qaydasını da bilmək lazımdır. 13 kiloqram çəkidən böyük olan uşaqlar üçün isə normal qaydada, istər ön , istər də arxa oturacaqda quraşdırılır. Quraşdırılmanı mütləq mütəxəssis etməli, kortəbii edilməməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar