Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Moskva bununla da işğalçının yanında yer alır” - Politoloq

Tarix: 17-02-2017 17:04     Baxış: 5342 A- / A+
"Moskva bununla da işğalçının yanında yer alır”


Böyük ehtimalla, generallar görüş üçün Bakını dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Suriyaya yaxın məsafədə yerləşməsinə görə seçiblər. İran və İraq da Suriyaya qonşu dövlətlərdir, ancaq generallar bu iki ölkədə görüşə bilməzdilər. Görüş yeri kimi Ankara da seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya hərbi ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir. Ona görə də sonda Bakıda görüşməyə qərar verdilər.

Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O, bir-biri ilə rəqabətdə olan iki böyük dövlətin Bakıda görüşməsinin Azərbaycan üçün iki baxımdan vacib olduğunu qeyd edib:

“Birincisi, bu həm Rusiyanın, həm də ABŞ-ın rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti ilə hesablaşmalarının əlamətidir.

İkincisi, amerikalı və rusiyalı generalın Bakıdakı görüşü Azərbaycan Ordusunun Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi əməliyyatlara qarşı etirazın olmadığını göstərir. Halbuki Ermənistan hakimiyyəti daima Rusiya və ABŞ-a müraciət edir ki, Moskva və Vaşinqton “atəşkəsi pozduğuna” görə rəsmi Bakıya etirazlarını bildirsin.

Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı artıb, Ermənistan ordusunun Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir. Bu, rəsmi Bakının iki ildir həyata keçirdiyi hərbi taktikadır. Ermənistan ordusu itkilərinin sayının artmasını istəmirsə, Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib Xankəndi ətrafına çəkilməlidir. Ancaq bunun baş verməsi Dağlıq Qarabağ ətrafındakı bölgələrə nəzarətin itirilməsi deməkdir ki, bu hal Azərbaycan Ordusuna ərazilərinə daxil olmaq üçün münbit şərait yaradacaq. Ona görə də Ermənistan itkilərin artması hesabına olsa belə, Dağlıq Qarabağ ətrafındakı hərbi istehkamlarını tərk etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, hərbi qarşıdurma davam edəcək, itkilər də artacaq.

Ermənistan hakimiyyəti bir tərəfdən “sülh” və atəşkəsə riayət olunmasını istəyərkən, digər tərəfdən gərginliyi artıracaq təxribatlara yol verir. Məsələn, fevralın 20-də Dağlıq Qarabağda “konstitusiya dəyişikliyi ilə bağlı referendum” bunun bariz nümunəsidir. Separatçılar “referendumla” Dağlıq Qarabağın adını “Artsax” ifadəsinə dəyişmək istəyirlər. Dağlıq Qarabağdakı “referendumun” hüquqi qüvvəsi yoxdur, “nəticə” beynəlxalq aləmdə tanınmayacaq, vasitəçilər və dünya dövlətləri Dağlıq Qarabağ adını bundan sonra da olduğu kimi çəkəcək və “Artsax” ifadəsini işlətməyəcəklər”.

Siyasi şərhçinin fikrincə, “referendum” Azərbaycanda böyük narazılıq yaradacaq və ölkədə müharibə əhval-ruhiyyəsini gücləndirəcək:

“Ermənistan cəmiyyəti bir il əvvəl - Aprel müharibəsinin yenidən təkrarlanmasından qorxarkən, rəsmi İrəvan Dağlıq Qarabağda “referendum” keçirməklə hərbi toqquşmanın tarixini yaxınlaşdırır.

Bu arada, Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağdakı “referendumla” bağlı bəyanatlarında yumşaq ifadələr işlədiblər. Beynəlxalq vasitəçilər fevralın 17-də Münhendə təhlükəsizlik konfransı çərçivəsində Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşüblər. Həmsədrlər bu görüşdə Nalbəndyana Dağlıq Qarabağdakı “referendumun” hansı mənfi nəticələrə gətirə biləcəyini xatırlada bilərdilər. Böyük ehtimalla, bu xəbərdarlığı həmsədrərin əvəzinə Münhendə Nalbəndyanla görüşən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov çatdırıb.

Maraqlıdır ki, Evdard Nalbəndyan Münhen konfransı bitdikdən dərhal sonra Moskvaya gedərək rusiyalı həmkarı Sergey Lavovla görüşəcək. Nalbəndyan Moskvada bu yaxınlarda olmuşdu və yenidən Lavrovla görüşə tələsir. Bu o deməkdir ki, İrəvanın Qarabağla bağlı atdığı addımlar Moskvanın nəzarətindədir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı “referendumu” pisləməyib. Rusiya XİN-nin açıqlamasında belə deyilir: “Biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.

Bu ikibaşlı cümlədir və Moskva bununla da işğalçının yanında yer alır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar