Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərdar Cəlaloğlundan Fazil Mustafaya cavab : “Fırıldaqçı onun özüdür”

Tarix: 16-02-2017 12:15     Baxış: 5327 A- / A+
Sərdar Cəlaloğlundan Fazil Mustafaya cavab


“İslam fəlsəfəsi Fazil Mustafa üçün dələduzluq məktəbidir.”

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Fazil Mustafanın fikirinə münasibətində deyib. O, Fazil Mustafa adında nə siyasətçi, nə də millət vəkilini tanımadığını qeyd edib:

“Mən axı niyə onun haqqında danışıb, vaxt aparmalıyam? Onunla nə yaşım uyğundur, nə də sosial mövqeyim. Dünənki uşaqdır. O, yalnış mövqe nümayiş etdirdiyinə görə, ona elmi cəhətdən cavab vermişəm. Fazil Mustafanın hansı nəaliyyəti var ki, ona paxıllıq edəm? Düşünürəm ki, Fazil mənə paxıllıq edir. O, özü də dinlə bağlı kitablar yazıb. Quran haqqında yazmaq dələduzluqdursa, belə çıxır islam fəlsəfəsi Fazil Mustafa üçün dələduzluq məktəbidir. Elm niyə ağılsızlıqdır? Fazil bəy özü məndən əvvəl 28 kitab yazıb. Onda belə çıxır ki, birinci fırıldaqçı onun özüdür.”

Sərdar Cəlaloğlu hesab edir ki, Fazil Mustafa onun elmi cəhətdən yazdığı məqalələrə cavab verməkdə acizdir: “Yazdığım yazıya cavab verə bilmirsən, amma küçə uşaqları kimi təhqirə keçirsən. Bu bir alimə, deputata yaraşmayan hərəkətdir. Bu nə deməkdir? Siz kitab yazanda, mən sizi təhqir etmişdim? Demişdim ki, Fazil bəy dələduz və şarlatandır? Fazilin qüdrəti, özünün intelektual səviyyəsi çatırsa, buyursun meydana, mən onu duelə dəvət edirəm. Neçə vaxtdır ki, ona televiziyalardan dəvət gəlir, amma o, efirə mənimlə çıxmaq istəmir. Demirsən ki, Sərdar Cəlaloğlu belədir, gəl çıxaq üz-üzə oturub dediyini sübut elə də. Niyə qaçıb gizlənirsən? Bu bir kişiyə, ailə başçısına yaraşmayan hərəkətdi. Balaca uşaq kimi divarın dalında dayanıb daş atır. Mənim heç vaxt Fazillə həyat yolum kəsişməyib."

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Sərdar Cəlaloğlunun Quranın elmi, fəlsəfəsi və sosiologiyası haqqında yazdığı kitabdır. Millət vəkili hesab edir ki, Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, elmə qarşı dolandırıcılıq və dələduzluqdur. aznews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar