Xəbər lenti
Müşfiq Məmmədli:"ABŞ-ın yenidən bölgəyə barıt atmaq planı baş tutmayacaq"
"ABŞ Prezidenti C.Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi heç də ürək açan olmayan Türk –ABŞ münasibətlərinə ciddi zərbə vurmuş oldu."
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətini yürüdən ABŞ , tarixçilərin üzərinə düşən məsələni prezident səviyyəsində bəyanat verməklə qərəzli mövqeyini açıq şəkildə ortaya qoymuş oldu: "Əlbəttə bir prezidentin sözü ilə bir millət soyqırımçı ola bilməz və bu açıqlama tarixi baxımdan, nə də ki siyasi baxımdan heç bir dəyəri , sübutu yoxdur. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxması prosesi məhz elə erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalmışdır",- deyə M.Məmmədli qeyd edib.
Millət vəkili diqqətə çatdırıb ki, tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporasını razı salmaq, ona sırınmaq istəyən Baydenin, heç də uzaq keçmiş olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir. "30 il müddətində ATƏT-in Mİnsk qrupu çərçivəsində Ermənistan –Azərbaycan arasında olan münaqişənin həlli yolunda bir addım atmayan, əksinə ermənipərəst mövqe ortaya qoyan ABŞ hansı haqq-ədalətdən danışa bilər? Uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib. Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarını özünə əsas seçən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı isə baş tutmayacaq",-deyə deputat fikirlərini tamamlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar