Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın Bakıdakı diplomatları Dilqəm Əsgərovla görüşə bilər

Tarix: 15-02-2017 17:49     Baxış: 4290 A- / A+
Rusiyanın Bakıdakı diplomatları Dilqəm Əsgərovla


Mixail Zabelin: “Mən bu məsələ ilə bağlı Doroxinlə danışacağam ”

Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin üçüncü ildir Şuşa həbsxanasında qanunsuz olaraq saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunması üçün təşəbbüslərini davam etdirir.

Deputat bununla bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Mən təklif vermişəm, görək nəticəsi olurmu. Biz burada Rusiya vətəndaşı olan ermənini həbs etmişik. Ona qarşı narkotiklə bağlı ittiham irəli sürülüb. Hazırda həmin erməni təcridxanada istintaq altında saxlanılır, yaxınları onu azad etməyə çalışırlar”. Qeyd edək ki, M.Zabelin Bakıda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə – iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovu nəzərdə tutur. M.Zabelin hesab edir ki, Moskva hər iki saxlanılan şəxsi Rusiyaya qaytarsa, bu, daha düzgün addım olar: “Mən başqa çıxış yolu görmürəm. Düzdür, burada situasiya eyni deyil. Amma onlar hər ikisi mülki şəxslərdir, hərbçi deyillər. Söhbət hərbi əsirlərin dəyişdirilməsindən getsəydi, başqa nəsə demək olardı.

Deputatın sözlərinə görə, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin artıq kursdadır: “Mən onunla bu barədə dəfələrlə danışmışam. Amma hələ ki, cavab almamışam. Rusiya Federasiyasının səfirliyi də daim girovların məsələsini mütəmadi şəkildə qaldırır. Lakin bu məsələnin nə zaman həll olunacağını deyə bilmərəm”. Deputat Bakıda həbsdə olan erməni haqda da danışdı: “Həmin erməninin bacısı daim məktublar yazır, Rusiyanın konsulu təcridxanada onunla görüşüb. O Avrovizion vaxtı bir dəfə Bakıda olub. Daha sonra yenidən, rus millətindən olan bir qadınla buraya gəlib. Qadını buraxıblar, amma erməni narkotika gəzdirməkdə ittiham olunaraq həbs edilib. Bildiyimə görə, Dilqəm Əsgərov da mühakimə olunub”.

M.Zabelin bildirdi ki, D.Əsgərovun öz vətəninə, işğalda olan yurduna getdiyi üçün qanunsuz olaraq saxlandığını da bilir. M.Zabelin D.Əsgərovun yaşlı atasının xəstə olmasından da xəbərdar olduğunu bildirdi: “Mən bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə məktub da yazmışam. Ancaq siz situasiyanın necə olduğunu bilirsiniz”.

Deputat hesab etmir ki, Rusiya istəsə, Qarabağ məsələsini dərhal həll edə bilər: “Burada təkcə Rusiya deyil, ABŞ və Fransa da var. Hər üç ölkədə güclü erməni lobbisi var. Bu, məsələni həll etməyimizə çox ciddi mane olur. Əgər Rusiya, ABŞ, Fransa obyektiv mövqe sərgiləsəydi, onda ümumiyyətlə, Qarabağ məsələsi bitmişdi və Azərbaycanın əraziləri azad olunmuşdu. Amma mən bu ölkələrdən belə prinsipial mövqeyini görmürəm. Onlar çalışırlar ki, məsələni həll etməsinlər”.

Qeyd edək ki, bu günlərdə “Yeni Müsavat”ın əməkdaşı Rusiyanın Azərbaycandakı səfirinin Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərovla görüşməsini, Rusiya vətəndaşı olan girov azərbayvcanlının taleyi ilə maraqlanmasını təklif etmişdik. (“Rus səfir Dilqəm Əsgərovla görüşəcək?” sərlövhəli yazı-E.P.) D.Əsgərovun sağlıq durumu ilə bağlı ailəsinin narahatlıqları isə belə görüşü daha da zəruri edir. Digər tərəfdən, blogger Aleksandr Lapşinin Bakıya ekstradisiyasından dərhal sonra Rusiya öz vətəndaşına sahib çıxdı, mövqe bildirdi, səfirlik əməkdaşları onunla təcridxanada görüşdülər. Anoloji münaisbətin D.Əsgərova göstərilməsinin nə dərəcədə mümkün olub-olmadığını cənab Zabelindən soruşduqda bunları bildirdi: “Adətən, belə görüşləri səfir yox, konsul keçirir. Amma mən sizin bu təşəbbüsünüzlə bağlı cənab Doroxinlə danışacağam. Ancaq necə reaksiya verəcəyini indidən deyə bilmərəm”.

M.Zabelin Rusiyanın Ermənistandakı səfirinin D.Əsgərova baş çəkməsini mümkün saymadı: “Dilqəm Şuşada saxlanılır. Bu ərazi Azərbaycana məxsusdur. Rusiyanın Ermənistandakı səfirinin Şuşaya getməsi düzgün olmazdı. Məncə, Rusiyanın Azərbaycandakı səfiri, yaxud konsulu, yaxud konsulluq nümayəndələri gedib Dilqəm Əsgərovla görüşsə, bu, daha doğru olar. Mən bu məsələ ilə bağlı Doroxinlə danışacağam. Danışım, görək nə olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar