Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Adı “Cənnət Gəncə” olan kafe cəhənnəm günündə...

Tarix: 19-04-2021 13:12     Baxış: 2525 A- / A+
Adı “Cənnət Gəncə” olan kafe cəhənnəm günündə...


Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus “Cənnət Gəncə” kafesində yoxlama keçirib.

AQTA-dan averilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi, temperatur rejimi və mal qonşuluğu prinsipinin gözlənilmədiyi məlum olub. Eyni zamanda, müəssisədə üzərində etiket məlumatları qeyd olunmayan süd məhsulları və tərəvəz konservləri, hazırlanma tarixi qeyd edilməyən soyuq qəlyanaltılar, təkrar istifadəsinə icazə verilməyən müxtəlif qida məhsulları, baytarlıq-sanitariya ekspertizasından keçməyən heyvan və quş ətləri aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Manevr.az

Adı “Cənnət Gəncə” olan kafe cəhənnəm günündə...
Adı “Cənnət Gəncə” olan kafe cəhənnəm günündə...
Adı “Cənnət Gəncə” olan kafe cəhənnəm günündə...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar