Xəbər lenti
“Başın qarışıb bədii ədəbiyyata, hüquq yaddan çıxıb” - Ziyafət Əsgərovdan Fazil Mustafaya cavab
Milli Məclis “Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Deputat Tahir Kərimli çıxışında bildirib ki, Milli Məclis Qarabağ məsələsi ilə bağl prezidentlə məsuliyyəti bölüşməlidir və işğala son qoyulması üçün parlamentin qərarı ilə 1 il vaxt qoyulmalıdır: “Çünki ATƏT-in Minsk Qrupu yaradılanda işğala son qoyulması prinsipinə əməl olunacağı bəyan edilirdi. BMT TŞ-nin 4 qətnaməsində erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsini tələb edilir. Azərbaycan öz torpağında separatçıları məhv etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədləri Ermənistanın cinayətlərinə şərik olublar”.
T.Kərimli Azərbaycan ərazisində ikinci erməni dövlətini yaratmağa çalışanlara da mesaj verdi: “Onda biz tarixi Azərbaycan ərazisi olan İrəvanda ikinci Azərbaycan dövlətini quraq. Azərbaycana qarşı nə qədər təzyiqlər olsa da, nə İrəvan, nə Borçalı, nə Dərbənd sevgisini bizim ürəyimizdən çıxara bilməyəcəklər”.
Deputat Fazil Mustafa isə hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəaya etiraz edib: “Bəlkə 10 il ərzində müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”
Birinci vitse-spiker Ziyafət Əsgərov isə fikirlərini əsaslandırmaq üçün qanunvericiliyə istinad etdi və ardınca “bax da, başın qarışıb bədii ədəbiyyata, hüquqi yaddan çıxıb” deyə, bildirib.
Z.Əsgərov T.Kərimlinin 1 il müddət qoymaqla bağlı təklifinə cavabında dedi ki, bu, artıq siyasi məsələ olduğu üçün buna reaksiya verə bilməyəcək.
Deputat Qüdrət Həsəquliyev isə Azərbaycana qarşı real hücum faktı baş verən halda atılacaq hüquqi prosedurlar üçün uzun vaxt qoyulmasını düzgün saymayıb: “Azərbaycanın ən ucqar nöqtəsindən Bakıya 5-6 saata gəlmək mümkündür. Ali Baş Komandanın səlahiyyəti olmalıdır. Yəni fərmanı imzaladığı andan o, qüvvəyə minir, ancaq Milli Məclis təsdiq etmədiyi halda, qüvvədən düşür. Ancaq layihədə yazılır ki, prezident fövqəladə vəziyyət haqqında fərmanı 24 saatdan sonra qüvvəyə minir. Ancaq Milli Məclis təsdiqləməsə, qüvvədən düşmüş sayılır. 24 saata qədər bəlkə elə silahlı qiyam qaldırmış silahlı qüvvələr Milli Məclisi də tutacaq, Prezident Apartını da. Türkiyə nümunəsi göstərdi ki, çevriliş cəhdində heç parlamenti toplamaq mümkün olmadı”.
Z.Əsgərov deyib ki, bura hər hansı problem yoxdur: “Təsdiq olundu-olunmadı, məgər prezidentin imkanı yoxdur? Lələtəpədə biz hərbi vəziyyətmi elan etmişdik? Ali Baş Komandanın qərar vermək üçün bütün imkanları var”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov hərbi vəziyyət rejimində KİV-in fəaliyyətinin məhdudlaşdırılmasını normal saydı. “Ancaq hərbi senzura anlayışını hərbi məqsədli məhdudlaşmalar sözləri ilə ifadə edək” deyən deputat senzura ifadəsinin qıcıq yarada biləcəyini vurğuladı.(Musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar