Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzov efirə içkili çıxıb? - AŞIQLAMA

Tarix: 09-04-2021 13:49     Baxış: 2569 A- / A+
Siyavuş Novruzov efirə içkili çıxıb? - AŞIQLAMA

TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişinin 7 apreldəki buraxılışı cəmiyyətdə ciddi rezonans doğurub. İqtidar-müxalifət debatı formatına gerçəkləşən verilişdə tərəflərdən biri YAP-çı deputat Siyavuş Novruzov və KXCP sədri Mirmahmud Mirəlioğlu idi. Amma həm verilişin gedişində yazılan şərhlər, həm verilişdən sonra səslənən bəzi iddialarda S.Novruzovun efirə içkili gəlməsi və bunun deputatın davranışlarında öz əksini tapması qeyd edilmişdi. Hətta efirdən sonra Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü S.Novruzovun YAP və Milli Məclisdən qovulması ilə bağlı çağırış etdi.

“Yeni Müsavat” Media Qrupuna qarşı ənənəvi qərəzləri ilə seçilən bəzi şəxslər isə kanalımızı “içkili insanı efirə çıxarmaqda”, jurnalistika prinsiplərinə zidd davranmaqda ittiham etdilər.

Manevr.az
xəbər verir ki, musavat.com mövzu ilə bağlı TV Müsavatın “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızının mövqeyini öyrəndi.

Həmkarımız bildirdi ki, S.Novruzovun efirə içkili vəziyyətdə gəlməsi ilə bağlı iddialarla razılaşmır. Onun sözlərinə görə, belə bir hal baş vermiş olsaydı, o efir gerçəkləşməzdi: “Efiri izləyənlər bilirlər ki, mən moderator olaraq hər iki qonağımın ortasında əyləşmişdim. Hər ikisinə eyni və yaxın məsafədə idim. Əgər Siyavuş Novruzov içkili olsaydı, ən azı ətrafa içki qoxusu yayılardı, ya da bu, onun yerişində, özünü idarə etməsində görünərdi. Mən qoxuya qarşı həssas adam olsam da, ondan hər hansı spirt qoxusunun gəldiyini deyə bilmərəm. Qənaət, təxmin başqa şeydir, reallıq başqa. Hətta efirdən bir neçə saat sonra bu cür iddialar sosial şəbəkədə yazıldığı üçün Mirmahmud bəylə də əlaqə saxladım. Ondan da qənaətini soruşdum.



Siyavuş Novruzov efirə içkili çıxıb? - AŞIQLAMA


Çünki Siyavuş bəy studiyaya gələn kimi Mirmahmud bəylə çox mehribancasına qucaqlaşdı, görüşdü, onu 20 ildir ki, görmədiyini dedi. Mirmahmud bəy də opponentinin içkili olması ilə bağlı iddiaları bölüşmədiyini dedi”.

S.Telmanqızı bildirdi ki, sadəcə S.Novruzov efirdən öncə də, efir zamanı da çox pozitiv olub, zarafatlar edib, lətifələr danışıb, şeir deyib. Müsahibimizin sözlərinə görə, verilişin gedişində isə həm opponentinə, həm efirə telefon zəngi ilə qatılan Ağ Partiya sədri Tural Abbaslıya, eləcə də aparıcı olaraq ona qarşı olduqca pozitiv, tolerant davranıb: “Özü də dedi ki, Mirmahmud bəyi 20 ildən sonra ilk dəfə üz-üzə gördüyü üçün çox sevinclidir. Opponentinin sözünü kəsmirdi, suallara qarşı dözümlü idi, deyilən fikirlərə qarşı öz arqumentlərini səlis şəkildə səsləndirirdi. Bəzi mövzularda ziddiyyətli, mübahisə yaradan fikirlər, açıqlamalar versə də, bu, onun içkili olması anlamına gəlmirdi. Efirdən bir gün əvvəl telefonla verilişə dəvət edəndə də eyni əhvalda idi. Zarafat edib, lətifə söylədi və mənimlə opponentinin kim olacağı ilə bağlı müzakirə apardı. Mən sadəcə onun jurnalistlərlə çox pozitiv, mehriban davrandığını hiss etdim”.

Müsahibimizin sözlərinə görə, əgər iddialarda əks olunduğu kimi, S.Novruzov TV Müsavatın studiyasına içkili gəlmiş olsaydı, bu efir ümumiyyətlə gerçəkləşməzdi: “Mən hər şeydən öncə özümə, efirə qatılan digər qonağıma, tamaşaçılarıma, çalışdığım media orqanına hörmət edirəm. Heç bir güc məni içkili bir müsahiblə saat yarımdan artıq ölkə gündəmini, Qarabağ mövzusunu, daxili siyasəti təhlil etməyə vadar edə bilməzdi. Maraqlı bir canlı efir baş tutdu və bu da TV Müsavatın uğuru idi. Siyavuş bəyin suallara cavab verərkən zaman-zaman hansısa sözü tapmaqda çətinlik çəkməsi, fikrini ifadə edərkən uzun cümlələrdən istifadəsini isə içki ilə əlaqələndirmirəm”.

Aparıcı bütün YAP-çı deputatların S.Novruzov kimi debatlara, canlı efirlərə qatılmasını arzuladığını dedi. S.Telmanqızı hesab edir ki, özünə arxayın olan, təmsil etdiyi partiyanın nüfuzunu, iqtidarı qorumaq istəyən hər bir deputat bu sayaq debatlarda iştirak etməlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar