Xəbər lenti
Gənc müəllifin kitabının təqdimatı keçirilib -SUMQAYITDA/ FOTOLAR

Manevr.az xəbər verir ki, Sumqayıt şəhər M.Ə.RƏSULZADƏ adına kitabxanada bir qrup ziyalıların, ədəbiyyatçıların, oxucuların, KİV nümayəndələrinin iştirakı ilə AYB-nin və DGTYB-nin üzvü, gənc yazıçı Çinarə ÖMRAYın yeni işıq üzü görən "MƏCNUNXANA" adlı ilk hekayələr kitabının növbəti dəfə müzakirələr çərçivəsində təqdimetmə mərasimi keçirilib.
Kitabxananın müdiri Ofelya Qafarova tədbiri giriş sözü ilə açaraq, qonaqları salamladıqdan sonra, ədəbi gənclik barədə qısa söz açıb, kitabxananın fəaliyyəti və eləcə də sözügedən kitab haqqında fikirlərini bildirib. Daha sonra tədbiri aparmaq üçün sözü şairə-puplisist Nəcibə İlkinə verib.
Tədbir zamanı tanınmış qələm sahiblərindən Dayandur Sevgin, Namiq Dəlidağlı, Elbrus Qayalı, fəlsəfə elmləri doktoru Mayıl Yaqub və başqaları, eləcə də gənc yazarlardan Seyran İsmayıl, İlkin Mehdi, Emil Rasimoğlu və digərləri çıxış edərək müəllifin bir sıra yaradıcılıq nümunələrindən müzakirə xarakterli söz açıb, yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonda müəllif M.Ə.Rəsulzadə adına kitabxananın rəhbərliyinə, o cümlədən, iştirakçılara təşəkkürünü bildirib.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar