Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əyani tədrisin bərpası nə vaxt gözlənilir? - Təhsil Nazirliyindən açıqlama

Tarix: 02-04-2021 12:49     Baxış: 501 A- / A+
Əyani tədrisin bərpası nə vaxt gözlənilir? - Təhsil Nazirliyindən açıqlama


"Distant tədrisə keçmiş təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşü təbii ki, mövcud sanitar-epidemioloji vəziyyətdən, yəni yoluxmaların sayından asılıdır. Təhsil Nazirliyinin dünən Səhiyyə Nazirliyinin müvafiq rəyi əsasında verdiyi qərar yoluxmanın daha çox olduğu 5 region üzrə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin distant təhsilə keçməsi ilə bağlıdır".

Manevr.az bildirir ki, bunu apa-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, həmin təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşünə yoluxma sayından asılı olaraq qərar veriləcək.
Əyani tədrisin bərpası nə vaxt gözlənilir? - Təhsil Nazirliyindən açıqlama

Qeyd edək ki, Təhsil Nazirliyinin ötən gün verdiyi qərara əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar