Sizin Reklam Burada
Xəbər lenti
12 aprel
11 aprel
BÜTÜN XƏBƏRLƏR

Cəmil Həsənlinin qızından video ilə bağlı AÇIQLAMA: "...tələyə düşmüşəm"

Tarix: 01-04-2021 10:58     Baxış: 3287 A- / A+
Cəmil Həsənlinin qızından video ilə bağlı AÇIQLAMA: "...tələyə düşmüşəm"


Cəmil Həsənlinin qızı Günel Həsənli intim videosunun yayılması ilə bağlı açıqlama verib.

Manevr.az həmin açıqlamanı təqdim edir:

“Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram, çünki Cəmil Həsənlinin qızı olduğum üçün xüsusi xidmət orqanları tərəfindən ustalıqla qurulmuş belə bir geniş əməliyyatın hədəfi olacağımı öncədən hesablamalı idim. Lakin nə qədər güclü stress və məyusluq yaşasam da, barəmdə sosial şəbəkələrdə yayılan iyrənc iddialara və böhtanlara aydınlıq gətirmək məcburiyyətindəyəm.

38 yaşım var, 10 il öncə həyat yoldaşımdan ayrılmışam, yetkinlik yaşına çatmış iki övladım var. Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.

Özünü mənə iş adamı Mahir kimi təqdim edən 20.02.1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda 5 fevral tarixində, "Günaydın" restoranında görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım.
Cəmil Həsənlinin qızından video ilə bağlı AÇIQLAMA: "...tələyə düşmüşəm"


Fevral ayının 14-ü yenə "Günaydın" restoranında Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.

Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. 18 mart tarixində Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən "Qayınana" restoranına apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər.

Cəmil Həsənlinin qızından video ilə bağlı AÇIQLAMA: "...tələyə düşmüşəm"

Səhərisi gün, 19 mart tarixində Mahir Votsap üzərindən məni dayısı ilə tanış edəcəyini yazdı. Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.

22 mart 2021-ci il tarixdə Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.

Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəlməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam.
Kəskin baş ağrılarımın davam etməsinə baxmayaraq, səhərisi özümdə güc tapıb Mahirlə "Jasmin" restoranında görüşdüm və dünən niyə bu vəziyyətə düşdüyümün səbəbini soruşdum, amma dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı və Gallery-yə daxil oldu. Mən o zaman telefonumdakı şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta Votsap yazışmalarını sildiyini gördüm.

23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım.

Cəmil Həsənlinin qızından video ilə bağlı AÇIQLAMA: "...tələyə düşmüşəm"


Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam.

Mənim təmiz niyyətlə ailə qurmaq, yuva sahibi olmaq istəyimdən belə çirkli və iyrənc üsullarla sui-istifadə etməyin yeganə məqsədi atam Cəmil Həsənlini nüfuzdan salmaq, onun siyasi fəaliyyətinə gölgə düşürməkdir və mənə ən çox əzab verən də budur. Bildirirəm ki, atam iki ilə yaxındır ABŞ və Böyük Britaniyada elmi ezamiyyətdədir və onun mənim şəxsi həyatımda bu yaşadıqlarımla bağlı heç bir bilgisi olmayıb”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar