Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qardaşının ölüm xəbərini alan...” - İcra başçısı

Tarix: 12-02-2017 14:42     Baxış: 6292 A- / A+
“Qardaşının ölüm xəbərini alan...”


Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin “Yeni Müsavat” qəzetinə müsahibə verib. Manevr.az xəbər verir ki, başçı müsahibəsində onunla bağlı son günlər mediada yayımlanan xəbərlərə də reaksiya verib.

O bildirib ki, reket mətbuatdan ən çox əziyyət çəkən məmurlar sırasındadır:

"Bunlar hamısı cəfəngiyatdır. Sağlam jurnalistika heç vaxt belə yazmaz. Mənim mətbuata münasibətim həmişə normal olub. Jurnalistlərlə arama heç vaxt sədd çəkməmişəm. Nə zaman müraciət ediblər, onlara müsahibə vermişəm. Baxın, indi siz zəng etmisiniz, verdiyiniz sualların hamısına cavab verirəm. Amma bəzi saytlar var ki, barəmdə ağızlarına gələn mənim demədiyim cəfəngiyat şeylər yazırlar. Mən cənab prezidentin rəhbərliyi ilə keçirilən müşavirədən çıxarkən mobil telefonumu açdım, qardaşımın rəhmətə getməsi xəbərini aldım. Qardaşının ölüm xəbərini alan insanın əhvalı təbii ki, pisləşər. Bu xəbər yayılandan sonra bəzi qəzetlər mənə zəng vurdular, vəziyyəti izah etdim. Çox sağ olsunlar ki, doğru-düzgün xəbər hazırlayıb sayta və qəzetə verdilər, hər kəs də həqiqəti bildi.

Qaldı ki, barəmdə yazılan digər iftiralara. Bilirsiniz, istər deputat kimi fəaliyyət göstərdiyim vaxtlarda, istərsə də icra başçısı vəzifəsini icra etdiyim bu 6 illik müddətdə ən çox reket mətbuatdan əziyyət çəkən məmur olmuşam. Belə olduqda hansı məntiqlə mən reketlərə himayədarlıq edə bilərəm?! Mən normal, əxlaqlı, düzü düz, əyrini əyri yazan jurnalistlərə böyük hörmət bəsləyirəm. Amma reket mətbuat... Bu, mənlik iş deyil. Həmişə də onlara iradımı bildirmişəm".

- Bu yazılardan sonra müəyyən qeyri-ciddi şayiələr yayırlar. Və Prezident Administrasiyası adından danışırlar.

- Bilirsiniz, Prezident Administrasiyası rəhbərliyi və orada işləyənlər təcrübəli insanlardan ibarətdir. Onlar hansı saytın hansı məqsədlə yazdığını gözəl bilirlər. Həmçinin təyin etdikləri kadrları da çox yaxşı tanıyırlar. İstər cənab prezident, istərsə də onun komandası yerlərdəki kadrlarına hansısa reket saytın, qəzetin şantajçı, böhtançı, qərəzli yazısı ilə deyil, sırf o kadrların fəaliyyəti ilə qiymət verirlər. Biz bu iqtidara, dövlətə, xalqa boş-boş sözlə yox, fəaliyyətimizlə, həmçinin sədaqətimizlə xidmət göstəririk. Kim çaşırsa, aşır, yolundan çıxırsa, layiqli cəzasını alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar