Xəbər lenti 
					
 
		"Qələt eləmişəm, zarafat edirdim" - Süd oğrusu saxlanılıb - VİDEO

"Peşiman olub qaytardım"
Şəki polisinin keçirdiyi istintaq tədbirləri nəticəsində Şəki sakini 1973-cü təvəllüdlü Salamov Taleh Abduləli oğlu şübhəli şəxs qismində saxlanılıb.
ARB Şəki xəbər verir ki, məlum olub ki, həmin şəxs Şəkidə ərzaq dükanından 1000 AZN dəyərində oğurluq edib. Onun evinə və üstünə baxış keçirilərkən oğurluq malları və sənədlər sübut kimi götürülüb.
İstintaq zamanı o da məlum olub ki, saxlanılan şəxs Şəki sakinlərinin avtomobillərinə ziyan vurub. Bir nəfər Qəbələ sakininin avtomobilindən isə ona məxsus sürücülük vəsiqəsini və texniki baxış sənədini götürüb. Daha sonra isə dükanın şüşələrini qıraraq oradan külli miqdarda ərzaq malları oğurlayıb. Daha sonra yaxınlıqdakı dəri emalatxanasına da baş çəkən Taleh Salamov heçnə tapmadığı üçün elə sındırdığı pəncərədən də geri qayıdıb. Dindirilmə zamanı isə saxlanılan şəxs hadisəni törətməyinə maraqlı səbəb göstərib.
Taleh Salamov - Saxlanılan şəxs: "Zarafat etmişəm. Qaytarmışam. Bir mağazadan "skuşonnu" götürmüşəm. Zarafat etmişəm. Qələt eləmişəm, peşmanam".
Faktla bağlı AR CM-nin 177.2.2, 177.2.3 və 326.1 maddələri ilə cinayət işi açılıb. Saxlanılan şəxsin digər əməllərdə də əlinin olub-olmaması araşdırılır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















