Xəbər lenti
Akif Çovdarov kimləri hədələyir...
Ekspertlər onun ad çəkməyəcəyini deyir, amma...
Fəaliyyəti ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun məhkəməsi hər gün bir-birindən ilginc epizod və replikalarla yadda qalır. A.Çovdarovun tez-tez qəzəblənməsi, and içməsi və bəzi zərərçəkənlərlə bağlı hədsiz emosionallıq göstərməsi medianın diqqətindən qaçmır. Bundan başqa, generalın zaman-zaman verdiyi hədə xarakterli açıqlamaları da yaddan çıxarmayaq. Çovdarov məhkəmədə çox şeylər bildiyinin anonsunu verərək, onu demədiyini də xüsusilə vurğulayır.
Bəzi məqamları xatırladaq. A.Çovdarov sentyabr ayında məhkəmədə demişdi ki, “mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib".
A.Çovdarov həmin vaxt demişdi ki, əgər ifadə verməyə başlayacaqsa, onda bununla xüsusi xidmət orqanlarının bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ifşa ediləcək.
Bir neçə gün əvvəlki məhkəmədə isə Çovdarov eyni tonda danışıb. Amma bu dəfə daha maraqlı mesajlar verib. Sitata diqqət edək: “Bundan əvvəlki iclasda mən müstəntiq Emil Qəhrəmanovun epizodlardan birini cinayət işinə daxil etməməsi üçün məndən 100 min manat istəməsini demişdim. Bu söhbət vəkilimin iştirakı ilə olub, amma bir məsələ var. Mənim heç vaxt sıravi əməkdaşlarla işim olmayıb. Təbii ki, idarə rəisi Əhmədovun xəbəri olmasaydı, müstəntiq mənimlə bu barədə danışmazdı. Sadəcə olaraq, istədim ki, bunu biləsiniz. Onsuz da onların hamısı gəlib burada ifadə verəcəklər. Onlar burada olanda mən hər şeyi açıb deyəcəyəm. Kimin əsl rüşvətxor, korrupsioner olduğunu hamı biləcək”.
Gördüyünüz kimi, MTN generalı hər fürsətdə özünü sığortalamağa çalışır və məlumatlı olduğunu xatırladır. Ekspertlər isə deyir ki, A.Çovdarovun işində ifadə verən əksər zərərçəkənlər dələduzluqda ittiham olunanlardır. Necə deyərlər, su teştisi su yolunda qırılıb. MTN-çilər isə əsasən “çəkinəcək işi olan” iş adamlarını hədəfləyiblər. İndiki məqamda isə A.Çovdarovu daha çox qıcıqlandıran məqam onun üzünə qoyulan şəxslərdir. Məsələn, dələduz bələdiyyə sədri və ya iş adamı ona qarşı ifadə verəndə həbsdəki MTN generalının əsəbləri dözmür.
Məhkəmədə iştirak edənlər deyirlər ki, A.Çovdarov onun qarşısına daha ciddi personaların çıxarılmasını istəyir. O, sanki “öz ranqına” yaraşmayan zərərçəkənləri qarşısında görəndə əsəbləşir. Amma müşahidələr onu göstərir ki, MTN generalının ad çəkəcəyi gözlənilən deyil. Məsələn, onun sabiq şefi Eldar Mahmudovla bağlı heç bir söz deməyəcəyi dəqiqdir. Ekspertlər buna səbəb kimi onun daşıdığı general mundirinin, eləcə də susqun razılığın rol oynadığını düşünür. Rütbə A.Çovdarova əlavə bir qürur verir ki, bu da onun susqunluğunu təmin edir.
Sevinc TELMANQIZI
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar