Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp İngiltərəni qarışdırdı - Spikeri çıxarırlar

Tarix: 10-02-2017 16:07     Baxış: 5373 A- / A+
Tramp İngiltərəni qarışdırdı


İngiltərə Parlamentinin spikeri Trampa qarşı söylədiyi fikirlərə görə vəzifəsindən azad edilir.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Con Berkovun vəzifəsindən uzaqlaşdırılması üçün düyməyə basılıb. Bunun səbəbi barədə məlumat vermişdik: ABŞ-ın yeni prezidentinin İngiltərəyə gözlənilən rəsmi səfəri zamanı onun Parlamentdə çıxış etməsinə yol verməyəcəyini bəyan edən Nümayəndələr Palatasının spikeri Con Berkov (John Bercow) bu bəyanatı ilə mövcud hökuməti və Mühafizəkarlar Partiyası üzvlərinin bəzilərini qəzəbləndirmişdi.

Artıq parlament üzvü Ceyms Dadric spikerə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirilməsi üçün baş nazir Tereza Meyə ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı Sky News televiziyasına müsahibə verən Dadric bunları deyib: "Spiker kreslosundan istifadə edərək beynəlxalq vəziyyət barədə öz şəxsi fikirlərini çox detallı şəkildə elan edib, Trampı "irqçi" və "cinsi ayrı-seçkilik salan" birisi adlandırıb. Bu, tamamilə yolverilməzdir".

The Telegraph qəzeti isə bildirib ki, 150 nəfər parlament üzvü Berkova etimadsızlıq göstərilməsinə səs verəcək. Leyboristlər isə əksinə, Berkovu müdafiə edəcəklərini və onun lehinə səs verəcəklərini bildiriblər.

Bir daha xatırladaq ki, Berkov Trampın müsəlman qadağası ilə bağlı fərmanına qarşı olduğunu və onu "irqçi" hesab etdiyini Nümayəndələr Palatasının 6 fevraldakı iclasında deyib və belə bir şəxsin Parlamentdə çıxış etməli olmadığını iddia edib. Bu açıqlama Palatanın əksər üzvləri tərəfindən dəstəklənsə də, Lordlar Palatasının spikeri Fovler dərhal buna qarşı çıxdığını bəyan etdi: "Mən nə Trampın səfərinin lehinə, nə də əleyhinə münasibət bildirmirəm - spiker olaraq bu, mənim işim deyil. Trampın dəvət edilməsi ilə bağlı fikrim açıqdır və cənab Trampın Parlamentə dəvət edilməsini məqbul hesab edirəm".

Mənsub olduğu partiyadan ciddi etirazlara məruz qalan Berkov isə öz fikirlərini müdafiə edib və vəzifəsindən şərəflə gedə biləcəyini bildirib.

İngiltərədə spikerlər rəsmi prosedur olmadan, adətən, ümumi seçkilərdən sonra Parlament üzvləri tərəfindən yenidən təyin olunurlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar