Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Firad Əliyev: "Qürur dolu 44 gün ərzində də prokurorluq orqanlarının əməkdaşları üzərlərinə düşənləri layiqincə yerinə yetiriblər"

Tarix: 12-03-2021 14:27     Baxış: 2286 A- / A+
Firad Əliyev: "Qürur dolu 44 gün ərzində də prokurorluq orqanlarının əməkdaşları üzərlərinə düşənləri layiqincə yerinə yetiriblər"


“Böyük fəxarət hisləri ilə qeyd etmək lazımdır ki, qürur dolu 44 gün ərzində də prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları, istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər”.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev “Respublika” qəzetinin bugünkü sayında dərc edilən məqaləsində deyib.

Firad Əliyev vurğulayıb ki, Vətən müharibəsi zamanı işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda Hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş bölgələrinə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurum və şəxslərin qarşısında məsələ qaldırılmasını təmin etmişlər:
“Vətən müharibəsi zamanı rəhbər vəzifəli şəxslər də daxil olmaqla Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri tərəfindən hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Eyni zamanda, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir", -deyə qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar