Xəbər lenti
Tramp məhkəmənin qərarından şikayət edəcək
ABŞ prezidenti Donald Tramp Apelyasiya Məhkəməsinin immiqrasiya fərmanına qoyulan qadağanı dəstəkləyən qərarından şikayət edəcək. Bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verir.
“Məhkəmədə görüşərik, millətimizin təhlükəsizliyi ortaya qoyulub!”, - deyə Tramp “Twitter” səhifəsində qeyd edib.
Qeyd edək ki, ABŞ-da Apelyasiya Məhkəməsi prezident Donald Trampın immiqrasiya fərmanına qoyulan qadağanı qanuni hesab edib.
Məlumata görə, məhkəmə dövlət maraqlarının milli təhlükəsizlik maraqları ilə ziddiyyət yarada biləcəyini etiraf edib. Həmçinin vurğulanır ki, qeyd olunan fərmana qarşı çıxış edən Vaşinqton və Minnesota ştatları fərmanın hətta müvəqqəti icrasının ölkəyə ciddi ziyan gətirə biləcəyini təsdiqləyən dəlillər təqdim ediblər.
Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.
ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvəyə malik məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar