Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biz qibləgahımız Şuşadayıq - Sən indi hardasan, Sabir Sarvan?

Tarix: 05-03-2021 18:50     Baxış: 3650 A- / A+
Şair Sabir Sarvanın 65 yaşına
Biz qibləgahımız Şuşadayıq - Sən indi hardasan, Sabir Sarvan?
Sabir Sarvan

4 il öncəyə kimi mart ayının bu günündə -5-ində hər il şair dayım oğlu Sabir Sarvanı görməyə, ad gününü qutlamağa Sumqayıta gedərdim.
2016-cı ildə 60 yaşı olanda da Sumqayıtda idim. Həmin gün Sabir mənə “Qibləm ürəyimdir” kitabını bağışladı. Şairlərdə qaydadır, yubileylərində də hədiyyə almaq yerinə kitab bağışlayarlar. İndi 4 ildir Sabir doğulduğu kəndin üstündəki son mənzilindəki daşdan baxır görüşünə gələnlərə. Bəlkə də illər öncə nənəsinin sinə daşına yazdığı gecikmiş misraları elə özü üçün deyibmiş :

“Elə ağlatdı ki, taleyim məni
Çeşmələr qurutdum hər qaşın altda.
Başıma o qədər daş yağdı göydən
Axırda gizləndim bu daşın altda.“


Yaşasaydı, başına atılan daşlardan, kürəyinə tuşlanan oxlardan yayına bilsəydi, yaşaya bilsəydi, bu gün 65 yaşı olacaqdı. Kim bilməsə də, mən bilirəm ki, Sabir bu günü -5 mart 2021 -ci il tarixini Şuşada qutlayacaqdı. Özü bir yol yaşamı ilə maraqlananlara demişdi ki, hansı şəraitdə olsa, yaşaya bilər, bircə Qarabağsız - Şuşasız, Ağdamsız, ... yaşaya bilməz! Elə sözünün üstündə durdu, yaşaya bilmədi. Yaşaya bilsəydi, işğaldan azad edilmiş Qarabağ, Şuşa vüsalı ömrünü uzadacaqdı. İndi ruhu şaddır, Qarabağda uçur, Şuşada havalanır.

Sabirlə doğmalığımdan elə unudulmaz anlar yaşamışam ki! Mənə daha çox Qarabağ(lı) “dili” ilə “mamoğlu” deyirdi, bir də gördün, “dayoğlu” müraciətimə hirslənirdi, “qardaşıq” deyirdi. Elə çox vaxt məni görkəmcə ona oxşadıb qardaşı olub-olmadığımı soruşardılar. Qohum-qardaşlığımızdan, bir yerdə olmağımızdan elə silinməz izlər qalıb ki! Heç yadımdan çıxmaz, 25 il öncə Sabirlə Məmməd İsmayılın ev telefonu ilə bir saata yaxın “şeirləşməsi”, “telefon poeziya saatı”! Düzdür, böyük şairimiz telefonun o başında olduğundan, səsini eşitmirdim, amma Sabirin poetikasının qarşısında onun barmaq işarəsi ilə lal-dinməz olmuşdum. Şairlər danışan yerdə lal-dinməz dinləməkdən özgə neyləmək olar, axı?! Bircə onu demək istəyirdim ki, “Sizin aranızda bir oğlan yaşar, Siz onu heç zaman görməmisiniz!“

Biz indi qibləgahımız, səcdəgahımız Şuşadayıq. Yerin məlum, gözün aydın, şair! Sən indi hardasan, Sabir Sarvan?

65 yaşın qutlu olsun!

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar