Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Strateq.az” saytı fəaliyyətini dayandırır

Tarix: 05-03-2021 11:58     Baxış: 2434 A- / A+
“Strateq.az” saytı fəaliyyətini dayandırır


“Strateq.az” saytı martın 10-dan fəaliyyət göstərməyəcək.

Manevr.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Elxan Şükürlü özünün “Facebook” hesabında məlumat paylaşıb:

"Dostlar, düz, 6 ildir - 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum "Strateq.az" saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik.

Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam.

Bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işlədik. 7 nəfərlə 70 nəfər kimi göründük!
Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə "siyasi killer"lik etməyən, "reklam dilənçiliyi" ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var!

Belə istedadlı və namuslu, zəhmətkeş jurnalistlərlə işlədiyim üçün çox şadam və onların hər birinə minnətdaram!

Bundan sonra bir kollektivdə olmaya bilərik, ancaq əsas odur ki, daha qalıcı münasibətlər - həddən artıq etibarlı, vəfalı dostlar, qardaş və bacılar qazandıq!

Eyni zamanda, bu 6 ildə bizi daim izləyən sadiq oxucularımızın da hər birinə təşəkkür edirəm!

Allah doğru yolda olanlarımıza kömək olsun!", - deyə o fikrini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar