Xəbər lenti
Sumqayıtda müəllim koronavirusa yoluxdu - məktəb karantinə alınmalıdırmı?
Məlum olduğu kimi, koronavirus təhlükəsinin qarşısını almaq, yoluxma riskini azaltmaq məqsədi ilə ötən ayın əvvəlindən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”na uyğun olaraq təşkil edilir. Ənənəvi təhsilə qismən keçid olsa da məktəblərdə müəllim və şagirdlər arasında yoluxma halları baş verir. Artıq paytaxtda karantinə alınan təhsil müəssisələri haqqında rəsmi məlumatlar var.
Manevr.az xəbər verir ki, yoluxma faktı Sumqayıt məktəbində də aşkarlanıb. Redaksiyamıza daxil olan məlumata görə, Sumqayıt şəhər 38 saylı tam orta məktəbdə bir qadın müəllim koronavirusa yoluxub. Həmin müəllimin dərs dediyi bəzi siniflər bağlanıb və şagirdlərə 14 gün dərslərin onlayn qaydada keçiriləcəyi barədə xəbərdarlıq edilib. Sözügedən müəllim test nəticəsinin pozitivliyi məlum olana qədər tədrisə davam edib. Yoluxma aşkarlanana qədər onun daha çox şagird, müəllim və ya valideynlə ünsiyyətdə olub-olmadığını təsdiq edən hər hansı bir sübut yoxdur. Bu halda bütövlükdə məktəbin karantinə göndərilməməsi nə dərəcədə doğrudur? Ortaya çıxan sualla bağlı müxtəlif fikirlər irəli sürülür. Sorğumuza cavab olaraq, Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəbdə baş verən yoluxmadan xəbərsiziz olduqlarını bildirdilər. Qeyd olundu ki, təhsil müəssisəsində əyani tədris prosesinin davamlılığı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən yerinə yetirilməlidir.
Mərkəzin mövcud vəziyyətlə əlaqədar adıçəkilən məktəbdə yalnız bir neçə sinfin bağlanması ilə kifayətləndiyi müşahidə olunur. Başqa bir fikirdə virusa yoluxan müəllimin kimlərlə təmasda olduğu bilinmədiyi halda bütün məktəbin karantinə alınmasının vacibliyi vurğulanır. Bildirilir ki, yoluxan şəxsin məkanda olduğu müddət ərzində ünsiyyətdə olduğu insanları yoluxdurmadığı məlum deyil. Bu səbəbdən də daha çox adamın yoluxma riskini nəzərə alıb, məktəb kollektivi bütünlükdə karantinə göndərillməlidir.
Əldə etdiyimiz məlumata görə, məktəbdə iki gün əvvəl dezinfeksiya işləri aparılıb. Bu qabaqlayıcı tədbirin yoluxma riskini aradan qaldıracağına nə dərəcədə əmin olmaq olar və ya bu adddım xilas amili ola bilərmi?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar