Xəbər lenti
Oteldən çıxan yaşlı cütlüyün otağından 2 ZƏRF TAPILDI - Birində İNTİHAR edəcəkləri, digərində isə...
İzmirin turistik zonası Çeşmədə tükürpədən bir hadisə yaşanıb. Keçən həftə Çeşməyə tətilə gələn təxminən 70 yaşlı Ülker və Altan Çetin cütlüyü qaldıqları otelin otağına yazıb qoyduqları intihar məktubundan sonra itkin düşüb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilər gecə yarısı oteldən gedən cütlükdən xəbər ala bilməyincə onların qaldıqları otaqdan bir intihar məktubu və otel işçilərinə bəxşiş olaraq qoyulmuş 2 min lirə tapıblar.
İntihar edib-etmədikləri hələ dəqiqləşməyən və təqaüdçü müəllim olduqları bildirilən cütlüyün telefonla son olaraq danışdığı kəslər təsbit edilməyə başlanılıb. Keçən həftə Çeşməyə tətilə gələn Mersin qeydiyyatında olan Altan cütlüyü sanki "qeybə çəkilib".
Bazar ertəsi gecəsi 1.30 radələrində mədələrinin ağrıdığını söyləyərək oteldən çıxan cütlüklə bağlı həqiqəti təmizlik işçiləri ortaya çıxarıblar. Onlar otaqda iki ayrı zərf ilə qarşılaşıblar. Zərflərin birində intihar məktubu, digərində isə otel işçiləri üçün bəxşiş olduğu məlum olub.
Xərçəng xəstəsi olduqlarını yazdıqları məktubda Altanlar Çeşməni çox sevdikləri üçün özlərinə məhz buranı ölüm yeri olaraq seçdiklərini qeyd ediblər. Onlar məktubda övladları nankor olduğu üçün var-dövlətlərini Çeşməyə gəlməzdən əvvəl xeyriyyə təşkilatlarına bağışladıqlarını da qeyd ediblər. Məktubun sonunda isə: "Ölümümüzə görə otel məsuliyyət daşımır", - sətri ilə vidalaşıblar.
Digər tərəfdən yaşlı cütlüyün bir neçə yaxınına da intihar mesajı yazdıqları müəyyən edilib.
Polis ər-arvadı axtarmaqda davam etsə də, nə ölülərindən, nə də dirilərindən bir xəbər var.
Təhməz Təkin
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar