Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Prezident nə deyir-desin, sənə hörmət etməyəcəm" - polis serjantının müharibə iştirakçısına dedikləri

Tarix: 25-02-2021 10:27     Baxış: 2310 A- / A+
"Prezident nə deyir-desin, sənə hörmət etməyəcəm" - polis serjantının müharibə iştirakçısına dedikləri

"Mən ona bildirdim ki, cənab Prezidentimiz müharibə iştirakçılarını incitməyin deyir. Axı, mən Vətən müharibəsi veteranıyam. O, isə, "boş-boş sözlərlə özünü yorma. Prezident nə deyir-desin, sənə hörmət etməyəcəm"-dedi."

Bu sözlər ikinci Qarabağ müharibəsi iştirakçısı Elvin Saday oğlu Allahverdiyevin Manevr.az-ın elektron poçtuna ünvanladığı şikayət ərizəsindəndi. Sözügedən məktubu olduğu kimi təqdim edirik:


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya


Bakı şəhər, Nizami rayon, Qara Qarayev prosipektində yaşayan Vətən müharibəsi iştirakçısı Elvin Saday oğlu Allahverdiyev tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Prezident!
hörmətli Mehriban xanım!

Bildirmək istəyirəm ki, mən 1994-ci il təvəllüdlü Allahverdiyev Elvin Saday oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq sürücü vəzifəsində Vətənimin azadlığı uğrunda başlamış müharibəyə qatılmışam. Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində olan döyüşlərdəndə çox fəal mübarizə aparmışam. Döyüş zamanı düşməndən qənimət olaraq 2 ədəd URAL markalı avtonəqliyat vasitəsi və 1 ədəd BRDM zirehli kəşfiyyat-mühafizə maşınını götürərək, Azərbaycan Ordusuna təhvil vermişəm. 3 yanvar 2021-ci il tarixdə təxris edilmişəm. Hərbi Xidmət dövrün aldığım psixi sarsıntılar səbəbindən həkim məsləhəti ilə psixiatrik dərmanlarla bir müddət müalicə aldım.

Çox Hörmətli Cənab Prezident!
Təəssüf içərisində bildirmək istəyirəm ki, düşmənin qarşısında məğrur dayanıb diz çökmədiyim halda, Bakı şəhər Sabunçu rayon 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən sındırılmağa çalışıldım. Belə ki, 19/02/2021 il tarixdə gecə saat 3 radələrində tanış bir müştəri mənə zəng edərək taksi sifariş etdi. İstifadəmdə olan icarəyə götürdüyüm avtomobillə sabunçu rayon Zabrat qəsəbəsi istiqamətində hərəkət edərkən, ərazi üzrə Post-patrul xidmətinin əməkdaşları yolda məni saxladılar. Polis serjantı mənimlə kobud danışaraq abtomobilimdə əyləşib axtarış etməyə başladı. Sonra heç nə tapmadığını görüb, söyüşlə danışaraq məni və müştərilərimi Sabunçu rayon 15-ci Polis bölməsinə apardılar. Mən ona bildirdim ki, cənab Prezidentimiz müharibə iştirakçılarını incitməyin deyir. Axı mən Vətən müharibəsi veteranıyam". O, isə, "boş-boş sözlərlə özünü yorma. Prezident nə deyir desin, sənə hörmət etməyəcəm"-dedi. Sonra polis bölməsində də adını bilmədiyim həmin serjant dəfələrlə əclaf, narkoman deyib məni təhqir. Hətta zalımcasına başıma şillə ilə bir neçə dəfə vurdu. Sonra məni Nəzarətxanaya(PKZ) saldılar. İçəridə olduğum vaxt təbii ehtiyacımı qarşılamaq üçün tualetə belə, məni buraxmadılar. Daha sonra bir Polis letenantı məni çəkiliş kamerasının olmadığı yerə apardı. Məni bir neçə dəfə vuraraq hədə-qorxu gəldi. Sonra məni 2-ci mərtəbədə yerləşən tədqiqatçılar otağına apardılar. Orada adını bilmədiyim bir tədqiqatçı mənə bildirdi ki,"zəng et valideynlərin gəlsin. 500 manat pul gətirsinlər. Yoxsa sənin üzünə şahid durub məhkəməyə verərək, cinayət işi açdıracam". Nə qədər dil tökdüm, xahiş etdim ki, maddi imkanım yoxdu. Məni buraxın, gedim 200 manat borc alım gətirim. Lakin mənimlə razılaşmadı. Mən də valideynlərimə zəng edib, 15-ci Polis bölməsində olduğumu və təcili olaraq 500 manat tapıb gətirməsini tələb etdim. Elə həmin gecənin səhəri atam məcburi halda faiz götürüb onların dediyi 500 manat rüşvəti ödəyərək məni azadlığa buraxdırdı. Mən oradan çıxanda onlara bildirdim ki, sizdən cənab Prezidentə şikayət edəcəm. Həmin məni döyüb-təhqir edən Polis leytenantı isə özündən razı şəkildə bildirdi ki, "lap istəyirsən get dayan Heydər Əliyevin qəbrinin üstündə, Ona şikayət et. Biz heç kimdən qorxmuruq".

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Sizdən kömək istəyirəm. Sizdən xahiş edirəm, məni söyüb, vuran Polis serjantını və polis leytenantını qanunun müvafiq maddələrilə cəzalandırasınız. Həmçinin həmin tədqiqatçının, məni həbs etdirmək hədə-qorxusu ilə valideynlərimdən aldığı haqqımız olan 500 manatı rüşvəti faizi ilə geri qaytarılması üçün tapşırıq verəsiniz və onu da qanunun müvafiq bəndləri ilə cəzalandırasınız! Ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan Polisinin adını ləkələyən Sabunçu rayon Polis İdarəsinin qanunsuz əməllərinə son qoyacaqsınız! Və sonunda isə, mənim təhlükəsizliyimi təmin etməyinizi Sizdən xahiş edirəm!

Əlaqə telefonu:(055) 809-90-89"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar