Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Arif Babayev OD PÜSKÜRDÜ: "Xəstə adamdı ... "

Tarix: 08-02-2017 15:15     Baxış: 8339 A- / A+
Arif Babayev OD PÜSKÜRDÜ:


Azərbaycanın Xalq artisti Canəli Əkbərovla muğam müsabiqəsinin 5 münsif üzvi - xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov arasında yaranmış qalmaqalın əhatəsi genişlənməkdədir.


Manevr.az publika.az-a istinadən xəbər verir ki, Arif Babayev onu savadsız adlandıran Canəli Əkbərovun cavabını verib:

“Xəstə və yaşlı adamdır, ağzına gələni danışır. Necə yəni, muğam savadım yoxdur? Mən institut bitirmişəm. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını almışam. 30 ildir ki, Milli Konservatoriyanın muğam kafedrasında işləyirəm. Xəstə adamdır, xəstə adamdan niyə inciyim ki? Biz ona xanəndə yoldaşı kimi məsləhət vermişik, başa salmışıq ki, kollektivdə yoldaşlıq etmək və mehriban olmaq lazımdır. Özünü öyməklə və bağırmaqla irəli getmək olmaz”.


A.Babayev Mənsum İbrahimov haqqında heç vaxt mənfi fikir səsləndirmədiyini də bildirib:

“Mənsum çox yaxşı insan və gözəl xanəndədir. Onun xətrini çox istəyirəm və haqqında heç vaxt pis fikir bildirməmişəm. Amma Canəli Əkbərovun dedikləri nağıldan başqa heç nə deyil. İstədiyi qədər danışsın”.

Xatırladaq ki, C.Əkbərov dünən verdiyi müsahibədə Arif Babayevin muğam savadının olmadığını deyib. Həmçinin o, A.Babayevin vaxtı ilə Məsum İbrahimovu bəyənmədiyini və ona “Ağzı əyri gədə” dediyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar