Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan bu ölkələrə gedən şəxslərdən tələb edilən sənədlər - SİYAHI

Tarix: 17-02-2021 17:19     Baxış: 3335 A- / A+
Azərbaycandan bu ölkələrə gedən şəxslərdən tələb edilən sənədlər - SİYAHI


Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.

Manevr.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, tələb olunan sənədlər aşağıdakılardır:

- Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi. (Rusiya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur).

- Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

- Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

V.Hüseynov əlavə edib ki, quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar