Xəbər lenti
Birləşmiş müxalifətin toplantısı keçirilib
Tofiq Yaqublu: “Effektli bir vaxtda bu aksiyalar keçiriləcək”
Son aylarda ölkədəki qiymət artımı və iqtisadi böhranla bağlı ölkə müxalifətinin passivliyi, problemlərə etiraz səsini ucaltmaması ictimaiyyət daxilində ciddi müzakirə olunur. Haqlı olaraq, iradlar səslənir.
Təsadüfi deyil ki, ilk devalvasiyadan sonra iki aksiya keçirən demokratik düşərgə ondan sonra xalqın problemləri ilə bağlı bir dəfə də olsun mitinqlər təşkil etməyib. Etirazlar yalnız kağız üzərindəki bəyanatlar formasında olur. Amma bununla belə, müxalifətin nə zaman tərpənəcəyi müzakirə mövzusu olaraq qalmaqdadır.
Müsavat başqanının müavini Tofiq Yaqublu açıqlamasında bildirdi ki, imkan düşdükcə müxalifət daim etirazını bildirib: “İqtisadi kataklizmlər vaxtı, əsaslandırılmamış qiymət artımları olduqda müxalifətin hər dəfə etiraz aksiyası keçirdiyi doğru deyil. Amma zaman-zaman münasibət düşdükcə müxalifət bunu edib. İndi də həmin vəziyyətdir. Müxalifət çox ağıllı, düşünülmüş bir siyasət yeridir. O düşünür ki, bütün atılan addımlar, görülən tədbirlər proseslərlə adekvat olmalı, nəticələr hesablanmalıdır. Ötən ilin sonlarında qiymət artımı baş verdi və sözsüz ki, biz buna müxalifət olaraq, reaksiya verdik. Demokratik düşərgədən tənqidlər gəldi, iqtisadçılar bunu əsaslandırdılar. Bunların ölkədə aparılan məntiqsiz iqtisadi siyasətin nəticəsi olaraq meydana çıxdığı vurğulandı, bu sübut olundu. Eyni zamanda vurğulandı ki, müxalifət bununla bağlı etiraz aksiyası keçirməyi planlaşdırır. Bu məsələ həm Milli Şura, həm də Müsavat Partiyası rəhbərliyində müzakirə olunub. Hədəf kimi bildirilib ki, ən münasib, effektli bir vaxtda bu aksiyalar keçiriləcək. Düşünürəm ki, yaxın gələcəkdə bu mümkün ola bilər və olacaqdır. Söhbət əsasən münasib vaxtı seçməkdən gedir. İqtisadi böhran getdikcə genişlənir, əhalinin daha geniş təbəqələrini əhatə edir, daha çox ciddi sosial narazılıqlar yaranır. Ona görə də aksiyaların olması labüd və qaçılmazdır. Bütün dünyada olduğu kimi, bizdə də hesablanacaq və münasib zaman üçün qərar veriləcək”.
Ölkə müxalifətinin böyük bir kəsiminin təmsil olunduğu Birləşmiş Müxalifətin fevralın 7-də toplantısı keçirilib. İclasda ölkədəki son durum müzakirə olunub.
Bu barədə AĞ Partiya başqanı Tural Abbaslı məlumat verdi: “Ölkəmizdə son günlərdə baş verən məsələlər müzakirə edildi. Araz Əlizadənin sayıqlamalarına etiraz bildirildi. Müsavat Partiyasının qərargahı qarşısındakı aksiya pislənildi. Xüsusi bir qərar qəbul olunmadı. Bəzi məsələlər müzakirə olundu və ictimaiyyətə hələ açıqlanmır. Zamanında bu məsələ də açıqlanacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar