Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir nəfər nazir, bir nəfər icra başçısı, bir nəfər deputat TV kanallarımızda tənqid edilmir - NİYƏ?"

Tarix: 09-02-2021 18:45     Baxış: 3304 A- / A+
"Bir nəfər nazir, bir nəfər icra başçısı, bir nəfər deputat TV kanallarımızda tənqid edilmir - NİYƏ?"


"TV kanallarımız sadə vətəndaşın probleminə olduqca az diqqət ayırır. Ayıranda da “nə şiş yansın, nə kabab” deyib başdansovdu bir şeylə yaxalarını kənara çəkirlər"

Manevr.az xəbər verir ki, bunu İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət tv kanallarımızın bugünkü durumu ilə bağlı fikirlərini bildirərkən deyib:

"Demədi deməyin. Fəlakət qaçılmazdır. Onlayn TV-lərin sayı da artır, baxış sayı da. Neçə gündür sadəcə müşahidə aparıram. Özəlliklə də hakimiyyətə qarşı radikal mövqedə olan onlayn TV-lərin baxış sayları qısa müddətə yüzminlərlədir. Bir neçə günə-həftəyə isə milyonlarla. Bu isə o deməkdir ki, tamaşaçı alternativ axtara-axtara gedib bu TV-lərin üstünə çıxır. Sonra isə onlara abunə olur, davamlı izləyicilərə çevrilir. Yəni Az.TV başda olmaqla dövlətin əsas siyasi təbliğat vasitəsi olan yayım qurumları tamaşaçı itirir. Özü də hər gün minlərlə tamaşaçını. Yəni fəlakət həddindəyik. Bəs niyə baş verir bu? Sadə bir səbəbdən: TV kanallarımız sadə vətəndaşın probleminə olduqca az diqqət ayırır. Ayıranda da “nə şiş yansın, nə kabab” deyib başdansovdu bir şeylə yaxalarını kənara çəkirlər. Diqqət edəndə görürük ki, bir nəfər nazir, bir nəfər icra başçısı, bir nəfər deputat TV kanallarımızda tənqid edilmir. Niyə? Doğrudan da onların hamısı aydan arı, sudan durudurlar? Deyil axı. Hətta 44 günlük Vətən savaşı günlərində belə gözə dəyməyən, ictimai narazılıq yaradan N qədər məmur, deputat, hətta nazir oldu. Niyə onlar TV-lərdə tənqid edilməsin? Etmirsiniz? Etməyin. Onda tamaşaçı da axtardığını onlayn TV-lərdə tapacaq. Dövlətə bu lazımdırmı? Deyil təbii. Ona görə də bu işləri idarə edənlər papaqlarını qarşılarına qoyub yaxşıca düşünməlidirlər. Bizdən demək...",- deyərək o fikrini bitirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar