Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - ŞƏKİL

Tarix: 08-02-2021 12:50     Baxış: 3246 A- / A+
Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - ŞƏKİL

Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda "lyuk"a basdırılan şam ağacının görüntüləri yayılıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib. Təmir işlərindən sonra problem aradan qaldırılıb:

"Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar