Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Doğrudanmı, bu adamların xidmətləri deputatların xidmətlərindən 25-30 dəfədən də az dəyərdədır?" - Əməkdar jurnalistdən nazirə çətin sual

Tarix: 08-02-2021 11:39     Baxış: 3283 A- / A+
Kimdir cavabdeh? “Xalq” və "Əməkdar" titullu şəxslərin müavinətləri 7-8 ildir ki unudularaq, bir dəfə də olsun artırılmayıb.
"Doğrudanmı, bu adamların xidmətləri deputatların xidmətlərindən 25-30 dəfədən də az dəyərdədır?" - Əməkdar jurnalistdən nazirə çətin sual


Manevr.az Əməkdar jurnalist Rəhman Orxanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanladığı müraciəti təqdim edir:

"Hörmətli cənab nazir!

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində son illər ölkədə bütün sahələr üzrə aylıq məvaciblər və müavinətlər bir-neçə dəfə əhəmiyyətli dərəcədə artırılsa da, nədənsə “Xalq” və “Əməkdar” titullu yaradıcı və sənət adamlarının - Xalq yazıçısının (şairinin), Xalq rəssamının, Əməkdar müəllimin, Əməkdar həkimin, Əməkdar mühəndisin, Əməkdar jurnalistin, Əməkdar inşaatçının və s. müavinətləri bircə dəfə də olsa artırılmamışdır. Nəyə görə bu adamlara ögey münasibət bəslənilir, diqqətdən kənarda qalırlar? Çox istərdik ki, bu unutqanlığa son qoyulsun, heç olmasa bu dəfə “Xalq” titullu şəxslərin müavinətinin (7-8 ildir ki dəyişməz olaraq 150 manatdır) ən azı 500 manat, “Əməkdar” titulu olanların müavinətinin isə (indi cəmi 100 manatdır) ən azı 300 manat səviyyəsində müəyyən edilməsi üçün (onlardan illərlə yan keçmiş artımlar nəzərə alınmaqla) Sizin tərəfinizdən məsələ qaldırılsın.

Axı, nəyə görə ilk növbədə xalqın qayğısına qalmalı olan deputatlar yalnız özlərini düşünərək, maaşlarını 3-4 min manata qaldırıblar, ancaq dövlətə, cəmiyyətə xidməti, əməyi onlardan heç də az olmayan Əməkdar həkim (müəllim, mühəndis, jurnalist, incəsənət xadimi, inşaatçı və s.) heç də çox olmayan təqaüdlərindən əlavə fəxri titullarına görə cəmi 100 manat müavinət almalıdırlar?

Doğrudanmı, fəxri titulları olan bu adamların xalq qarşısında xidmətləri hər cür səlahiyyətləri, əlavə imtiyazları da olan deputatların xidmətlərindən bu dərəcədə aşağı (25-30 dəfədən də az!) dəyərdədır? Və nəyə görə "Xalq", "Əməkdar" titullu nüfuzlu şəxslər 7-8 ilin artımlarında tam unudulub?

Hörmətli cənab nazir!

Ümid edirik ki, Siz Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində müavinətlərin yenidən artırıldığı bu günlərdə (təəssüf ki, ticarət maqnatları, monopolist oliqarxlar 11,4 faiz olan sosial artımı gözləmədən, tələm-tələsik qiymətləri hər yerdə 15-20 faiz qaldırıblar) illərlə davam edən bu ədalətsizliyin aradan qaldırılmasına nail olacaqsınız.

"Doğrudanmı, bu adamların xidmətləri deputatların xidmətlərindən 25-30 dəfədən də az dəyərdədır?" - Əməkdar jurnalistdən nazirə çətin sual

Hörmətlə, Məmmədzadə Rəhman Abdurəhman oğlu.
e-mail: rahman_orxan@mail.ru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar