Xəbər lenti
Bu məktəb direktorları təltif edildi - SƏBƏB

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 24 nəfər məktəb direktoru Fəxri Fərmanla təltif edilib.
İdarədən verilən xəbərə görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb direktorlarını təbrik edib, təhsil sahəsində aparılan islahatlardan, qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən söz açıb. İdarə müdiri tədrisin təşkilində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, gənc nəslin bilikli, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.
BŞTİ müdiri təltif olunan təhsil işçilərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.
Məktəb direktorlarına Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar