Xəbər lenti
13 yaşlı uşağının gözü qarşısında qadını maşın vurdu -VİDEO

Şəmkirdə 38 yaşlı piyada vurulub.
ARB Kəpəz xəbər verir ki, Şəmkir rayonun Qasımallar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Kənd sakini 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıb.
Təranə Hüseynova - Zərərçəkənin baldızı: "Uşaq qışqırıb ki, gəlin anama kömək edin. Üçü də maşına minib gediblər. Bizim bir xahişimiz odur ki, vuranları tapsınlar".
Yaralı əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar