Xəbər lenti
İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina edib - SƏBƏB
Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti rəhbərinin kommunikasiya şöbəsi bildirir.
Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.
Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycan prezidenti ilə Antonio Tajani ilə görüşlə eyni vaxtda “Meydan TV”nin rəhbəri Emin Millinin iştirakı ilə nəzərdə tutulan tədbirin nəzərdə tutulması olduğunu bildirir. Xəbər verdiyimiz kimi bu tədbirə Bakıdan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılıın da qatılacağı gözlənilirdi. İnsan haqları ilə bağlı tədbirdə Avropa Parlamentinin ermənipərəst deputatlarının da iştirakı nəzərdə tutulurdu.
Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Moqerini ilə görüşüb. İlham Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir. O, Avropa İttifaqı və Azərbaycan arasında yeni əməkdaşlıq razılaşması barədə danışıqlar aparır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar