Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlərə mənzil ayrılması korrupsiyasının “elmi” yönü - Əli Həsənovun “elmi-helmi” rüşvət kəşfi

Tarix: 03-02-2021 13:35     Baxış: 3400 A- / A+
Jurnalistlərə mənzil ayrılması korrupsiyasının “elmi” yönü - Əli Həsənovun “elmi-helmi” rüşvət kəşfi

Jurnalistlərə dövlət hesabına mənzillər ayrılmasını Prezident Administrasiyasının (PA) keçmiş şöbə müdiri Əli Həsənovun “dövlət səviyyəsində korrupsiya”ya çevirməsindən biz hələ bu rüşvət məmurunun “keçmiş” olmadığı çağlarda yazmışıq. İndi prokurorluq fakt üzrə cinayət işi qaldırıb və artıq yeni faktlar üzə çıxmaqdadır. Ən başlıcası , mənzillərin rüşvətlə faktiki satılması söz qonusudur.

İkinci binanın bölgüsü çağı PA-dan Zaman Quliyev adlı (vəzifəli) şəxs zənglə bildirdi ki, yalnız jurnalist kimi əmək haqqı alanlara mənzil verilir və guya müstəqil jurnalistlər bu işə “hobbi” kimi girişiblər. Zaman müəllim 40 ilin jurnalistika veteranına 65 yaşında veteran kimi güzəşt edilə biləcəyini də vurğuladı. Sözüm onda deyil, zamanında Zaman Quliyevin özbaşınalığından dövlət rəhbərliyinə, baş prokurorluğa müraciət edilsə də , Əli Həsənovun əli ilə sonuc vermədi. (Keçmiş) KİVDF -nin rəhbərliyi dəyişəndən sonra bir neçə dəfə bağlantı yaradaraq, PA-da bu adda məmurun işləmədiyini bildirdilər.

Mövzudan uzaqlaşdığımızı fikirləşənlər yanılmasınlar . İkinci binadan elə “jurnalistlər” mənzil aldılar ki, nəinki jurnalist kimi əmək haqqı alıblar, heç “hobbi” adına bir cümlə də yazmayıblar. Fakt deməsək, yazdıqlarımızın heç bir dəyəri olmaz. Mir Şahin bəyin “kəlmeyi-jurnalistikası” deyir ki, faktdan başqa fakt yoxdur, jurnalist də onun elçisidir”.

Azərbaycan Milli Elmlər Akademiyasının artıq ləğv edilmiş “elmin populyarlaşdırılması” idarəsinin rəisi də jurnalistlərin ikinci binasından mənzil alanların siyahısındadır. Elm ki, populyarlaşdı ha, onda deməli, elm yox, helm olur. Elmin populyarlaşıb helm olmasının jurnalistikaya nə aidliyi var?

Yəqin, bu da Əli Həsənovun “elmi -helmi” kəşfindən qaynaqlanır. Elmi populyar et, helm olsun, jurnalistlərin binasında evin-mənzilin olsun! Jurnalistikada illərdi qələm çalanlar isə evsiz qalsın! Buna deyərlər, jurnalistlərin mənzil probleminin “elmi-helmi” çözümünün “Əli Həsənov qaydası”!

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar