Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatda "güllələnmiş" BAŞ REDAKTORLAR

Tarix: 03-02-2021 12:35     Baxış: 23 303 A- / A+
Ədəbiyyatda "güllələnmiş" BAŞ REDAKTORLAR
Emil Rasimoğlu AYB-nin üzvü, Prezident təqaüdçüsü

Sovetlər dönəminin siyasətdəki, ədəbiyyatdakı, mədəniyyətdəki...və digər sahələrdəki ideoloji xəttini, tələbini və təbliğini çağımızın fikir adamları, o dövrü yaşamış azad düşüncəli aydınlar heç vaxt qəbul edə bilməyib, bu gün də etmir. Olsun. Haqları da var. Çünki həmin ideoloji xəttin çatışmazlıqları da yetərincə idi.Bu öz yerində...

Amma "sovet" adlandırdığım istismarçı bir quruluşun bu mənfilikləri ilə yanaşı elə qadağaları olub ki, onlar dəyərlərə, enməzliyə xidmət edib. Bu səbəbdəndir ki, hələ də "senzura" kəlməsi saçları alını kimi ağ olan bir çox əli qələmlilərin, sənət adamlarının dilindən düşmür. Nəinki düşməmək, hətta yenidən arzulayırlar da!...O qadağalar ki, özünü bütün sahələrdə xüsusən də mətbuatda, informasiya orqanlarında açıq-aşkar şəkildə göstərib. Əslində bu (bir az da) var olanı necə deyərlər, urvatda, ucalıqda saxlamaqdır.

Məqsədim Sovet quruluşunu (və onun diqtələrini, məhrumiyyətlərini) təhlil (və ya təqdir) etmək deyil, "senzura"nın hökmü ilə müəlliflər üçün əlçatmazlığa çevrilən bir sıra mətbu orqanların indi bütün əllərdə (bəli, məhz bütün əllərdə!) olmasını göstərməkdir...

"Azərbaycan" jurnalı, "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti"...bu adlar əli qələm, dərki ədəbiyyat, gözü kitab tanıyan hər kəsə bu gün yaxşı tanışdır.
Amma necə tanışdır? Gələk o məsələyə.
Öncə onu deyim ki, nə "Azərbaycan" jurnalının, nə "Ulduz" jurnalının nə də "Ədəbiyyat qəzeti"nin az yaşı var. Kifayət qədər böyük yol keçiblər. Ədəbiyyat tarixinə çevriləcək yol.

...Çox uzağa getmirəm, gəlin son illər ərzində həmin bu dövri nəşrlərin taleyinə üz tutaq. Nələr yaşamayıblar, nələr görməyiblər? Qəribə gəldi, eləmi? Bir mətbu orqanın ki, baş redaktorunu onun gözünün qabağında səhifə-səhifə, zəng-zəng, xahiş-xahiş güllələyələr...ondan danışmağa başlayanda bilmirsən haradan başlayıb harada qurtarasan.

...Elçin Hüseynbəyli...Azər Turan...Qulu Ağsəs...İntiqam Qasımzadə...
Elə bu ismlər də o mətbu orqanlar qədər sizlərə tanışdı. Həm də çox yaxşı!
Bu gün gedib bu ismlərin sahiblərinə sual etsəm ki, məsələn, Sovetin idarəçilik mexanizmini, təbliğat maşınını bəyənirdinizmi? Bir ağızdan deyəcəklər ki, yox, yalnız müstəqillik! Yaxşı, mən də deyirəm -azadlıq, müstəqillik! Amma sonra qayıdıb adama deməzlərmi, ay hörmətli baş redaktor(lar) Sovetin illərlə dəyərlər naminə qoruyub "senzura"ların sayəsində əlçatmazlıqda, ucalıqda saxladığı mətbu nəşrləri siz Namiq Mənaların, Yusif Nəğməkarların, Vahid Əzizlərin...daha kimlərin, kimlərin (ədəbiyyatın üzünü tanımayan) yazdıqlarından, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Rüstəm Kamalların...(maraqlar üstündə) qələmə aldığı sicilləmələrindən, cəfəngiyatlarından qoruya bilmədiniz. Təbii ki, bu da səbəbsiz deyildi. Çünki siz öncə baş redaktor olaraq özünüzün prinsiplərinizi itirdiniz. Bəli, güllələnərək itirdiniz. Mövqeyiniz, səlahətləriniz, qətiyyətiniz, məqsədləriniz güllələndi...

...Hüseyn Cavidlərin...İsa Muğannaların...Vaqif Bayatıların...Yusif Səmədoğulların.....dərc olduğu əlçatmaz orqanlar görün hansı müəllif əllərinə çatdı. Yoxsa yanılırammı? Bəlkə müstəqil olmaq Azər Turan üçün, İntiqam Qasımzadə üçün qəzetdə, jurnalda hər kəsə yer ayırmaqdır ya bəlkə Qulu Ağsəs üçün universitet tələbəsinin ilk qələm təcrübələrini dərc etmək? (Hələ digər nüanslar bir yana).

"Dəyirmanım,
sən zamanı görürsənmi?
Sən zamanın işlətdiyi
dəyirmanı görürsənmi?.."(c)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar