Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə səfiri Monitorinq Mərkəzindən danışdı: “Atəşkəs pozuntusu olarsa..."

Tarix: 02-02-2021 13:47     Baxış: 4194 A- / A+
Türkiyə səfiri Monitorinq Mərkəzindən danışdı: “Atəşkəs pozuntusu olarsa..."


Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da Ağdamda Azərbaycan müdafiə naziri ilə Türkiyə və Rusiyanın müdafiə nazirlərinin müavinlərinin iştirak etdiyi bir mərasimlə açıldı. Monitorinq Mərkəzi artıq bu tarixdən etibarən Azərbaycanla Ermənistan arasında noyabrın 10-da imzalanmış birgə bəyanatla əldə edilən atəşkəsin pozulub-pozulmadığını müxtəlif texniki metodlardan istifadə edərək yoxlayacaq. Bunun sonunda təsbit edəcəyi atəşkəs pozuntusu hallarını lazımi yerlərə bildirərək bu kimi halların dərhal sona çatdırılması məqsədilə vəzifə yerinə yetirəcək”.

Manevr.az
xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, Monitorinq Mərkəzində Türkiyə və Rusiyadan bərabər sayda hərbçi tapşırıq yerinə yetirəcək:

"Bu texniklərin, personalın verəcəyi məlumatlara görə atəşkəsin gələcəyi, onun davamlılığı və sabitliyi təmin edilmiş olacaq. Biz Türkiyə olaraq burada personal təyin etməklə bölgəmizdə – Qafqaz regionunda sülhə, sabitliyə vacib töhfə verdiyimizi düşünürük. Təbii ki, bu sülhün və atəşkəsin davamlı olması, bölgəmizdə əlaqə yollarının mümkün qədər tez qurularaq artıq Azərbaycanın öz torpaqlarına sahib çıxmasının qarşısında heç bir maneə qalmaması bizim ən böyük diləyimizdir. Bu baxımdan da Azərbaycana dəstək verə biləcəyimizdən məmnunluq duyuruq”.

Diplomat daha sonra deyib:

"Təbii ki, bunun digər tərəfi də Türkiyə ilə Rusiyanın əməkdaşlıq etməsidir. Türkiyə ilə Rusiya son illərdə aralarındakı qonşuluq əlaqələrini, əməkdaşlığı daha üstün səviyyələrə daşımaqdadırlar. Bunun gələcəkdə bütün bölgəmizdə daha da müsbət nəticələrə gətirib çıxarması hamımızın ən böyük istəyidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar