Xəbər lenti
Qadının başından çıxanlar hər kəsi şok etdi - VİDEO
Hindistanın cənubundakı Tamil-Nadu ştatında, Çennay şəhərində yaşanıb.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, 42 yaşlı Selvi gecə yuxuda olanda onun burnuna tarakan girib. Selvi ayılıb və tarakanı çıxarmağa çalışsa da, həşərat daha da irəliləyib.
"Həşərat çox dərinə getmişdi. O, burnumun dərinliyində, başımda hərəkət edəndə gözlərim yaşarırdı", - Selvi deyib.
Səhərədək əzab çəkən qadını səhər saatlarında kürəkəni klinikaya aparıb. Klinikada müayinədən sonra Selvi xəstəxanaya göndərilib. Lakin həmin xəstəxanada həkim yanlış diaqnoz qoyub, "burnunuzdakı ağrılar şişlə bağlıdır" deyib. Üçüncü xəstəxanada da bir nəticə hasil olmayıb.
Zorla nəfəs alan Selvini sonucda "Stanley Medical College"in nəzdindəki dövlət xəstəxanasına aparıblar. Burada 12 saat gözləyəndən sonra qadının burnundakı tarakan çıxarılıb.
Xəstəxananın otolorinqologiya şöbəsinin rəbəri Madu Şankar deyib: "30 illik praktikamda ilk dəfədir belə hadisə ilə qarşılaşıram. Tarakan sağdı və çıxmaq istəmirdi. O, beyinə yaxın yerdə idi. Tarakan orada qalsaydı, öləcəkdi və infeksiya da beyinə yayılacaqdı".
Əməliyyat 45 dəqiqə çəkib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar