Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – ŞƏKİL

Tarix: 22-01-2021 16:07     Baxış: 4283 A- / A+
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – ŞƏKİL


Dünən axşam saatlarında Şəmkir rayonunun Qədim Qala kəndində “Qərb bölgəsi press qəzetinin və Qərb.TV” internet televiziyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Manevr.az
-ın məlumatına görə, baku.ws-in yaydığı məlumata görə hadisə dünən axşam təxminən saat 20:00 radələrində baş verib.

Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq öldürüb.

Bəxtiyar Əliyevin anası Zahidə Aslanova bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara dəfələrlə zəng edib: “Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən Vasifə zəng etdim və nə istədiyini soruşdum. Dedi ki, heç nə, onunla üz-üzə görüşmək istəyirəm. Nə məsələ olduğunu isə mənə demədi. Dünən gecə isə oğlumu öldürdü”.

Bir digər məlumata görə, hadisəyə səbəb Bəxtiyar Əliyevin öz dayısı, qətli törədən Vasifin isə əmisi olan Mayıs adlı şəxsi həbs etdirməyə çalışması iddiasıdır.

Bildirək ki, hadisədən sonra Vasif Aslanov polisə təslim olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.

Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – ŞƏKİL
Redaktorun qətlə yetirilməsinin təfərrüatı məlum olub – ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar