Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

20 Yanvar - Qürur Günümüz!

Tarix: 20-01-2021 18:37     Baxış: 2321 A- / A+
20 Yanvar - Qürur Günümüz!


20 yanvar!
Artıq 31 ildir ki, bu günü hüzn günü kimi qeyd edirik. Həmişə də bir tərəddüdlü düşüncə ilə... Bu bizim tarixi faciə günümüzdür, yoxsa qəhrəmanllıq və qürur günümüz?!
"Faciə günümüzdür", deyənlər millətimizin illər boyu istismarından, əzilməsindən bezənlər, saysız-hesabsız qanlı günlərimizi xatirələrində yaşadaraq, minlərlə şəhidlərimizi içində ağlayanlar idi!
"Qəhrəmanlıq günümüzdür", deyənlər millətin özünü toparlaması, içindəki cəsarətin, qürurun oyanması, haqsızlığa qarşı dirənməsi, torpağına və tarixinə sahib olması üçün mücadilə aparanlar idi!
Şükür Allaha, düşüncəmizdəki tərəddüd yoxdur artıq! Bilirik ki, kütləvi qırğın, silahsız insanlara odlu silahlarla, tanklarla edilən vəhşiliklər, işgəncələr baxımından bu bir faciədir!
Amma sonu qələbə ilə yekunlaşan, hqqımızın-hüququmuzun bərpası, torpaqlarımızın bütövlüyü ilə nəticələnən azadlıq və istiqlal mücadiləmizin zirvəsindən baxdıqda 20 yanvarın millətimizin və dövlətimizin qəhrəmanlıq və qürur günlərindən biri olmasını görürük.
31 il bundan öncəni çox yaxşı xatırlayıram...
Ucqar bir dağ kəndində yaşayırdıq. 10-cu sinifdə oxuyurdum. Həmişəki kimi 20 yanvar günü də dərsə getmişdik. Amma nədənsə müəllimlərimiz siniflərə gəlib dərsləri başlamaq istəmirdilər... Nəhayət ki, tarix müəllimimiz gəldi və bu gecə Bakıda sovet ordusunun camaatı qırdığını, deyilənə görə onminlərlə insanın öldürüldüyünü dedi... Dedi və özünü ağlamaqdan gücə saxlayaraq əlavə etdi: - Məni bağışlayın... Mən indiyənə qədər sizə həqiqi tarixi öyrətməmişəm, kitablarınızda nə yazılıbsa, onu tədris eləmişəm. Bu gün dərs olmayacaq, evə gedin. Dərslər başlayan kimi sizə öz həqiqi tariximizi keçəcəyəm.
Biz hamımız bədbin halda, beynimiz dolu suallarla, içimiz dolu tərəddüdlə evə döndük. Ürəyi kövrək olanlarımız yolboyu ağladı, qalanımız da evə daxil olanda, evdəkilərin bilərəkdən və ya bilməyərəkdən verdikləri – “Nə oldu, niyə dərsdən tez gəldin” sualı qarşısında özümüzü saxlaya bilmədik:
- Bakıda qırğın olub... Deyirlər bu gecə milləti qırıblar, deyib hönkürdük...
Valideynlərimiz susdular... Və ilk dəfə həmin gün mən atamın nəyinsə qarşısında aciz qaldığını hiss elədim...
Bir həftədən sonra dərslər başladıqda tarix müəllimimiz bizə artıq kitabdan yox, öz sinəsindən Azərbaycan Demokratik Respublikasının tarixini öyrətməyə başladı. O, mühazirə deyir, biz isə dəftərə yazırdıq... Ondan sonra bizə məktəbdən verilən tarix kitabının “tarixi bağlandı”. Leninə, Stallinə olan “sevgimiz” nifrətə çevrildi. Məhəmməd Əmin Rəsulzadə, Fətəlli xan Xoyski, Nəsib bəy Yusifbəyli və s. fədailərin adlarını eşidib, əməllərini öyrəndik.
Sonralar ermənilər 20 yanvar qırğını törədən rus ordusunun (özüm qəsdən sovet yazmadım) dəstəyi ilə Qarabağı və ətrafındakı rayonlarımızı işqal elədi, biz də Bakıya köçdük...
20 yanvar şəhidliyi ziyarətgahımıza çevrildi. İlllərlə, təkcə 20 yanvarda deyil, tez-tez içimizdə düşmənə olan qəzəbimizlə, barmaqlarımızı yumruqlarımızda düyünləyərək, “kişi ağlamaz”, deyə, göz yaşımızı içimizə axıda-axıda, sayğıyla, minnətlə keçdik 20 yanvar şəhidlərinin və ondan da aşağıda pillə-pillə sıralanmış I Qarabağ müharibəsi şəhidlərinin məzarları qarşısından...
Hər keçəndə içimizdən bir ah qopdu! İlahi, bu qədər şəhid verəsən, hələ də torpağın işğal altında qala! Belə zülm olar?!
Bu millətin Şəhidlər Xiyabanından keçən heç bir övladı – başda Prezidentdən – Ali Baş Komandandan tutmuş məktəblərdən dəstə-dəstə aparılan birinci sinif şagirdlərinə qədər heç kim bu zülmlə barışmadı, ona baş əymədi! Əksinə hər ziyarətində şəhidlərin qisasını almağa and içdi!
Biz çox gözlədik, çox səbr etdik! Amma təkcə gözləmədik, həm də çalışdıq. Hərəmiz öz iş yerimizi səngər elədik, əsgər kimi çalışdıq. Prezidentimiz cənab İlham Əliyev isə hamıdan çox çalışdı. Onun apardığı uzaqgörən, qətiyyətli dövlət siyasəti nəticəsində yeni müstəqil düşüncəli, savadlı, müasir texnika və texnologiyaların idarə edilməsinə və yaradılmasına sahib vətənpərvər nəsil yetişdi. Yurdu işğal edilən nəsildən sonrakı nəslin gücü, potensialı hesabına Ali Baş Komandanımız ərazilərimizin böyük bir hissəsini qısa zamanda işğaldan azad etdi! Xəqallarımız gerçəkləşdi! Eşq olsun!
20 yanvar qəhrəmanları Bakıda aylarla fasizləsiz davam azadlıq mitinqinin sonunda şəhadətə qovuşdular. Bu mitinq Şuşa yaxınlığında ermənilərin Topxana meşəsini qırmasına etirazla başlamış və davam edirdi. O dövrdə Azadlıq meydanında kütlənin qarşısında natiqlik məharətini göstərib siyasət oyununa girənlər və xalqa rəhbərlik edənlər həmin mitinqləri Qarabağa daşısaydılar bəlkə də heç 20 yanvardan sonrakı faciələri yaşamazdıq. Amma nə etmək, yəqin millətlərin də taleyi olur! Bu da Azərbaycan türk müillətinin taleyi imiş. Enində-sonunda artıq Qarabağa qayıdırıq, böyük qayıdış başlayıb! Bununla da millətin komandanı onun 20 yanvar kimi faciə gününü qəhrəmanlıq və qürur gününə çevirməyi bacarmışdır!
Eşq olsun Sənə Cənab Prezident! Eşq olsun sənə Azərbaycan Ordusu!
Rahat uyuyun, əziz şəhidlərimiz! Allah sizə görə bizə rəhm etdi ki, başımızı əyib hüzurunuzdan keçdikdə özümüzü qara hiss etməyəcəyik!

Hüseyn Mirzəyev,
Bakı Mühəndislik Universitetinin
Mühəndislik Fakültəsinin dekanı

Bakı, 20.01.21

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar