Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov danışmağa başladı: "Mən də insan idim…"

Tarix: 19-01-2021 10:07     Baxış: 4298 A- / A+
Əli Həsənov danışmağa başladı: "Mən də insan idim…"


Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov "Facebook" səhifəsində izləyicilərinin sərt sualları, tənqidləri ilə üzləşir.

Manevr.az
yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri KİVDF ətrafında baş verən olaylardan dolayı onu ədalətsizlikdə, korrupsiyada, dövlətin media siyasətini batırmaqda qınayırlar. Bu ittihamların əksəriyyətini cavabsız qoyan sabiq şöbə müdiri, tənqidlərin birinə reaksiya verib.

İzləyicilərdən Xanlar Xoca onu günahlarını yumaq üçün tövbə etməyə dəvət edib: "Əli müəllim, Allah sizə qapı açmışdı, Prezidentin etimadını qazanmışdınız,amma siz o imkandan ədalətli istifadə etmədiniz, layiq olmayanlara hər cür şərait yaradıb, hətta ofis, maliyyə imkanları verdiniz, layiq olanlar isə kənarda qaldı. Bu gün dövlətin yaratdığı imkanlardan kənarda qoyduğunuz insanlar susur, şərait yaratdığınız və sizin sayənizdə tanınıb var-dövlət sahibi olanlar sizdən imtina edir, daha yaxşı görünmək üçün öz aralarında az qala "kim daha yaxşı yıxıb-sürüyər" prinsipi ilə yarışırlar. Əlindən tutduqlarınız üzünüzə durmağa hazırdırlar. Əminəm ki, çox sarsıntı keçirirsiniz, kimlərə şərait yaratdığınızı gördükcə peşmançılıq hissi keçirirsiniz. Mən də, başqaları da möhtərəm Prezidentimizə mediadakı vəziyyətlə bağlı müraciətlərimiz gedib çatmayanda, bütün yazdıqlarımız sizin şöbədə itib-batanda eyni sarsıntını keçirmişik. Nəinki evlər, maliyyə vəsaitləri ədalətsiz şəkildə bölündü, hətta tədbirlərə belə sizin adamlar dəvət olunurdu. Bu gün həmin adamlar sizə qarşıdır, ilk daş atan da məhz onlardır, həm də axtarıb ən yekə daşları tapıb atmağa çalışırlar ki, daha yaxşı rezonans doğursun. Siz ömrünüzü vəzifədə keçirdiniz, biz də məhrumiyyətlər içərisində. Gün gəldi siz vəzifəni itirdiniz, biz də olduğumuz yerdəyik. Sonda bərabər olduq. Budur ilahi ədalət! Sizin ümid edirəm ki, səhvlərinizdən nəticə çıxarmaq və tövbə etmək üçün kifayət qədər zamanınız olacaq. Biz haqqımızı halal etməsək də, Allah Rəhman və Rəhimdir".

Əli Həsənov isə cavabında yazıb: "Ümummilli Liderimizin gözəl bir fikri var idi. Söyləyirdi ki, "zaman hər şeyi öz yerinə qoyur”. Doğrudan da, həyatımızda hər şeyin qiymətini zaman verir. Kim nə etməliydi, yaxud etməməliydi... Mən məmur idim, insanlara şəraiti də mənə olan münasibətlərinə görə deyil, dövlətə, hakimiyyətə münasibətə, insanlara göstərdikləri xidmətə və həmin xidmətin ictimai dəyərləndirilməsinə görə qiymət verirdim. Mən də insan idim və qətiyyən o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm. Yalnız deyə bilərəm ki, bunun üçün maksimum çalışmışam!".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar