Xəbər lenti
“Ay İran, sən Ermənistana daha nə qədər pul verməlisən?”
Azərbaycanın heç kimlə, o cümlədən İranla düşmənçiliyi yoxdur.
Manevr.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, əgər nəyisə dilə gətirmiriksə, bu, o demək deyil ki, biz bilmirik. M. Əhmədoğlu Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İrana səfərinə münasibətində deyib ki, onu İranda şahı qarşılayan kimi qarşıladılar:
“Bu İranın müdafiə naziri həmin Dehqanidir ki, 2 ay əvvəl Azərbaycanı hədələdi ki, İsrailin baş naziri Bakıya niyə səfər edib”.
O əlavə edib ki, V. Sarkisyanı şahənşah kimi İranda qarşılayanda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfər edib kralla görüşdü: “İranda V. Sarkisyanla görüşən parlament spikeri Lərcani və Vilayəti elə hesab edirlər ki, İranın ali lideri bu gün sabahlıqdır. Onlar Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyir”. Politoloq hesab edir ki, bu adı çəkilən şəxslərin inkir-minkirlə müqaviləsi var:
“Hesab edirəm ki, inkir-minkir bunlardan soruşmayacaq, işğal edilmiş müsəlman torpağı Qarabağ üçün nə etmisiz?”.
Politoloq sonda deyib ki, vaxtilə ermənilər ABŞ-ı əlinə almışdı, onların fitvası ilə Rusiya da üzərimizə gəlirdi. Amma biz 80-85% torpağımızı qoruya bildik. İngiltərə bir dəfə gözünü ağardan kimi İran Bəhreyni itirdi. İran Ermənistana 2 milyard pul verib, lakin Ermənistan Qarabağ məsələsində İranın vasitəçilik təklifini rədd edir. Ay İran, sən Ermənistana daha nə qədər pul verməlisən?”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar