Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko hər şeyi açıb danışdı: “Nefti Azərbaycandan da ala bilərik, bizə ucuz satırlar” - VİDEO

Tarix: 03-02-2017 16:04     Baxış: 6527 A- / A+
Lukaşenko hər şeyi açıb danışdı: “Nefti Azərbaycandan da ala bilərik, bizə ucuz satırlar”


Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko geniş mətbuat konfransı keçirib.


Manrvr.az
virtualaz.org-a istinadən xəbər verir ki, “Prezidentlə böyük söhbət”adlanan görüşə təkcə mətbuat işçiləri və ictimaiyyətin təmsilçiləri qatılmayıb. Əvvəlcədən keçirilən sorğular əsasında vətəndaşların suallarıtoplanıb, vətəndaşlara həftənin ortalarından suallarını online göndərmək imkanının verildiyi elan edilib.

Prezident mətbuat konfransını açıq elan etməzdən əvvəl bildirib ki, o, hər şeyi açıq danışmağı qərara alıb və ona görə də hər kəs onu, yaxınlarını narahat edən istənilən məsələ ilə bağlı suallarını verə bilər.

Lukaşenko deyib ki, suallar verilərkən və çıxışlar zamanı kimsənin, o cümlədən dövlət rəsmiləri, xüsusilə xarici dövlət başçılarının təhqir edilməməsini istəyir. “Gəlin hər şeydən danışaq! Detalları siz məndən yaxşı bilirsiniz, mənə cəmiyyətdə baş verənləri danışın”-deyə Lukaşenko əsl demokratik liderlərə xas tərzdə bildirib.



“Təkcə sual verməyin, mənə fikrinizi də deyin”, –Belarus prezidenti bir daha vurğulayıb, Lukaşenko mətbuat konfransından əvvəl onu internetdə məsxərəyə qoyanlara da münasibətini bildirib: “Deyirsiz hamını çağırmamışam, düzdür, hamını yox, mənə səs verməyənləri, siyasətimi bəyənməyənləri, məni sevməyənləri, ancaq vətənini sevənləri yığmışam. O pafosla danışanları isə Donbasa göndərirəm, oradan başqa cür qayıdarlar”.



“Xarici siyasət çoxşaxəli olmalıdır, başqa yol yoxdur. Bu siyasət heç də həmişə istədiyimiz kimi alınmayıb. Bir qanadda uçmuşuq, nəticəni də bilirsiz. Rusiya da, Ukrayna, Polşa, Latviya da yad deyil bizə. Qonşudur, Allahın göndərdiyi qonşu, nöqtə! Ondan sonra neyləməliyik? Bizim iqtisadiyyatımız açıqdır. Çoxşaxəli siyasət tərəfdarıyıq və buna məcburuq”, – Belarus prezidenti deyib.

“Lenin baba demişkən...”

“Sinqapurun idarə modelindən sitat gətirənlərə-- Məni daha dəyişmək olmaz. Mən sosial siyasətin tərəfdarıyam. Hər ölkənin öz modeli var. Məncə, bizim modelimiz sosial oriyentasiyalı modeldir—Lenin baba demişkən, insan istədiyini əldə edə bilmirsə, dövlət onun nəyinə lazımdır. Kimsə məni qınayır, kimsə bəyənir, kimsə tənqid edir Hamısı haqlıdır. Amma bir baxın, özünüzə də baxın, siz nə etmisiz, nə edirsiz? Mən düzgün ədalətli siyasət tərəfdarıyam. Qanunla hər şeyi həll etmək olmaz. Ədalət qanundan yüksəkdə dayanmalıdır. Mən də həyatımda tez-tez ədalətsizliklə üzləşmişəm. Amma baxmaq lazımdır, düzgün olan nədir? Mən həbsdəyəmsə, bəlkə mən günahkaram, elə həbsdə olmalıyam. Ədalət kimin etdiyidir…

Məmurları hədələdi: “Yoxsa içəri salacam”

Lukaşenko deyib ki, məmurlar elədiklərinə görə cavabdehdirlər, əks halda onları həbs gözləyir. “Demişəm, yenə deyirəm, belə olmasa, içəri salacam. Deyəndə gülürlər, Amma belədir, belə də edirəm. Sən prezident yanındasansa, bu səviyyədəsənsə, dediyini eləməlisən, alınmırsa, de mənə, mən axı prezidentəm. Deyirsiz, bizdə diktaturadır, onda diktaturadan qorxun, pullarınızı orda-burda gizlətməklə, ofşorla can qurtara bilməzsiniz»-Belarus prezidenti oliqarxlara xəbərdarlıq edib.

Lukaşenko Rusiya ilə hazırda gərgin olan münasibətlər barədə də danışıb. Bildirib ki, Rusiya ilə bagli sual çox vacibdir, ən vacib suallardandir, çox kəskin mövzudur. “Hətta artıq şey deməkdən ehtiyatlanıram, eyni zamanda bəzi şeyləri gizlətmək haqqım var bəzi şeyləri düzgün deməliyəm. Hamımız Rusiyanın bizimçün kim oldugunu bilirik.Bilməyiniz vacibdir ki, birincisi mən də Rusiyada böyümüşəm, təhsil almışam.Nə qədər ki, prezidetntəm bir rusa bir daş belə atıla bilməz . Açıq deyirəm...

Lukaşenko hər şeyi açıb danışdı: “Nefti Azərbaycandan da ala bilərik, bizə ucuz satırlar”


“Putinlə dostam, amma...”

Biz liderlərin münasibətləri çox yaxşıdır və biz açıq danışırıq, Putin-lə dostuq. Amma təəssüf ki, rəhbərlikdə indi müxtəlif adamlar var və onların mövqeləri üst-üstə düşmür. Rusiyayla bu kəskinləşmə birinci dfə deyil--Rusiya gah qaz gah neft neft kəmərlərindən yapışır.Bunaöyrəşmişik, amma bizim boğazımızdan yapışmaq nəyə lazımdır ki? Bilirik rus nefti olamsa, çətin olar. Amma müstəqillik daha önəmlidir, suverenlik bizimçün hər şeydən vacibdir! Biz neft tapacağıq, neft kifayyət qədərdi.Bu Azərbaycan, İran və Venesuela nefti də ola bilər.Azərbaycandan neftlə bağlı müqaviləmiz olub, 84 min ton neft almışıqrıq. Hətta bizə endirim də elədilər və onu Ukrayna vasitəsi ilə dəmir yolu ilə gətirdik. Burda ki, Rusiya itirir. Amma onlar bizə deyir ki, Rusiya nefti uçuzdur, siz uzaqdan yanacaq ala bilmərsiz. Mənsə deyirəm ki, bizim tarixi münasibətlərimiz neftdən daha bahadır.

İndi Rusiyada narahatlıq var ki, Belarus gedəcək. Biz daha çox şey itirə bilərik, Putinə də bildirmişəm ki, bu yolla gedə bilmərik, biz belə davam etməməliyik, bu bəzi yollarda ayrılmalara səbəb olacaq və artıq olur da.


Lukaşenko hər şeyi açıb danışdı: “Nefti Azərbaycandan da ala bilərik, bizə ucuz satırlar”


Oliqarxlar, offşor pullar, sosial ədalət haqda

Lukaşenko sosial ədalətdən, ofşor pullardan danışıb. Bildirib ki, oliqarxlar dəbdəbəli maşınlarda gəzib, yaxşı otellərdə istirahət edirsə, onlara işləyən, çörəkpulunu güclə qazananlara da pul vermə lazımdır. “Heç olmazsa, ayda 500-600 dollar, mənim məqsədim budur», – odeyib.

Prezident hökumətin dəstəyə ehtiyacı olanları dəstəkləməli və qorumalı olduğunu söyləyib: «Çoxuşaqlı ailələrə yardım edilməlidir. Əlini əlinin üstünə qoyanlara deyil, çalışanlara hökumət minimum yardım etməlidir. Biz uşaqlarımızı nəyə hazırlayırıq? Hər ölkə kimi, biz də heçkimin arzulamadığı müharibəyə hazır olmalıyıq həmişə. Və buna indi yardım etməklə hazır olmalıyıq».

Lukaşenko məktəblər haqda: “Uşaqlar yüklənib, nəfəs almağa da macal tapa bilmir”

Prezident məktəblərdən danışıb, uşaqların yükləndiyini, nəfəs almağa da macal tapa bilmədiklərini deyib. Dərsə 10 saata qədər vaxt ayıran uşağın şəkil çəkməyə, oxuyub-oynamağa vaxt tapmadığını söyləyib. «Müəllimləri dərsi dərs vaxtı keçməyə məcbur etmək lazımdır! Uşaqlar repetitorlarla vaxt itirməməlidir». Prezident 6-cı dərs gününün ləğvi haqda danışanda belə deyib.

Keçmişdə repetitorlarsız da keçindiklərini, amma indiki şagirdlərin kitabla yükləndiyi halda elementar şeylərdən xəbərsiz olduqlarınısöyləyən prezident valideynləri uşaqları əlavə yüklərdən azad etməyə çağırıb. Lukaşenko uşaq bağçalarından da danışıb. Ölkədə doğumun səviyyəsinin düşdüyünü, özəlliklə Minskin qocaldığını, ona görə də bağçaların boş qaldığını, bəzi bağçaları başqa idarələrə satmalıolduqlarını vurğulayıb.

Prezident fermer təsərrüfatları ilə bağlı deyib: «Hamı tənqid edir, işləyə bilmirik, gəzirlər, yoxlayırlar, sıxırlar. Dünyanın hər yerində gəlirlər, yoxlayırlar. Əvvəlcə müəyyən edin, siz biznesmen olmağa hazırsınızmı? Bəlkə siz bu çətin işə hazır deyilsiz? Peşəkarsızmı, təşkilatçısınızmı? Yetərincə pulunuz varmı? Bunlar yoxdursa, tənqid etməyin, başqa işin qulpundan tutun»



Manrvr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar