Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib -SUMQAYITDA

Tarix: 03-02-2017 15:36     Baxış: 3301 A- / A+
Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib


Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Qubadlı rayon nümayəndəliyinin Mahmudlu kənd mədəniyyət evində keçirilən tədbirdə mədəniyyət evinin rəqs dərnəyi üzvlərinin ifasında Azərbaycan rəqsləri, qiraət dərnəyi üzvlərinin ifasında şeir nümunələri və gənc müğənnilərin ifasında musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvlərinin ifasında teatrlaşdırılmış səhnə nümayiş olunub.

Xızı rayon nümayəndəliyinin Mədəniyyət Mərkəzində “dəyirmi masa” keçirilib. Xızı rayon Gənclər və İdman Baş İdarəsi və rayon təhsil müəssisələri işçilərinin qatıldığı tədbirdə “Gənclər günü” nün yaranma tarixi, bu gün dövlət siyasətində gənclərə verilən dəstək, gənclər siyasəti, eyni zamanda gənclərin mədəni-siyasi həyatda tutduğu mövqe, oynadığı rol və asudə vaxtının səmərəli təşkili istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Sonda Xızı rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən rayonun ictimai-siyasi,mədəni həyatında fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Sumqayıtın Şəhər Mədəniyyət Evində keçirilən bayram konsertində müğənnilər Elşən Quliyev, Vüsalə Hüseynova, Fidan Nağıyevanın ifasında xalq və bəstəkar mahnıları, eləcə də “Buta” ritm qrupunun ifasında “Azərbaycan ritmləri” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət evinin musiqi kollektivi üzvlərinin gənc ifaçıları İlkin Əlizadə, Kamil Ağazadə, Zaur Yusifli, Sevda Akkaya, Şahin Qədirsoyoy gəncləri öz ifaları ilə təbrik ediblər.

Sonda gənc ifaçılara mədəniyyət evində təşkil olunan mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə Şəhər Mədəniyyət Evinin direkltoru Elnarə Rəşidova tərəfindən Diplom təqdim olunub.


Manevr.az

Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 2 fevral Gənclər Günü münasibətilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar