Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO

Tarix: 02-01-2021 22:06     Baxış: 4233 A- / A+

“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO


Qarabağda sülhməramlı missiya yerinə yetirən rusiyalı hərbçilərin təxribatı Türkiyənin “Haber Global” telekanalında işıqlandırılıb.

Telekanalın hazırladığı süjetdə rusiyalı sülhməramlıların missiyalarına uyğun olmayan bir çox davranışları göstərilib.

Yeni il təbrikində sülhməramlı adına zidd şəkildə tərəf tutan və açıq şəkildə ermənilərə dəstək verən, Laçın şəhərinin adını “Berdzor” kimi qələmə verən, nəhayət erməni xalqını erməni dilində təbrik edən sülhməramlı kontingentin üzvü tabe olduğu birləşmənin Qarabağdakı varlığını sual altında qoyub.

Telekanal həmçinin rusiyalı sülhməramlıların tərəfsizliyini sual altında qoyan digər addımlarını da sadalayıb: xəritədə Azərbaycan tərəfinin nəzarətindəki ərazinin sülhməramlı missiyanın nəzarətində göstərilməsi, rusiya sülhməramlılarının qondarma rejimin bayrağı ilə şəkilləri, Sülhməramlı missiyaya rəhbərlik edən rusiyalı general Rüstəm Muradovun separatçıların rəhbəri Araik Arutyunyanla səmimi görüşməsi və son olaraq Kəlbəcərdə özlərinə toy edən ermənilərin fotosunu rusiyalı sülhməramlının çəkməsi.

“Haber Global” sonda haqlı olaraq Azərbaycan xalqının bu kimi hallara səbir göstərməyəcəyini və bu problemi təkbaşına həll etmək iqtidarında olduğunu qeyd edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar