Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Eh!, səni "dayısına" satan ölsün, ay Vətən!!!"-Milli DAŞQIN -Şeir

Tarix: 02-02-2017 18:33     Baxış: 4809 A- / A+
"Eh!, səni "dayısına" satan ölsün, ay Vətən!!!"-Milli DAŞQIN


Manevr.az kəlbəcərli şair Milli Daşqının günümüzün reallığını, ağrı-acısını özündə cəmləşdirən "VƏTƏN" şeirini oxuculara təqdim edir:


VƏTƏN!

Üstünə yağıbmı qar, bu gecə sübhə qədər,
Soyuq oldu sənə də, üşüdünmü, can Vətən?!
Yaraların dərindi, simləyəsən, qorxuram,
Qaysaq tutmaz yaran çox, neynəyim? Can-can, Vətən!!!

Anan ölsün, ay Vətən, sənin bir yiyən hanı?
Ətini, iliyini sümürüb yeyən hanı?
Hanı, mənim çiynimdə kürsüyə gələnlərin?
Kürsüyə gələnlərmiş, kürsəyə gələnlərin!!!...

Deşib şah damarından borular keçirtdilər,
Sistem qoşub qanını, kimlərə köçürtdülər?
Kimdi yanan halına, ay anan-atan ölsün,
Qollarını bağlayıb, arxadan çatan, ölsün!

Qara bağrım kimidir, qara baxtlı Qarabağ,
Gəzdirirəm sinəmdə Təbriz boyda yara, bax!
Dərbənd irinli yaram, sağalması nagüman,
Hər gecə çiban kimi zoqquldayır, ayy aman!!!

Bu gecəki sazağı duyursanmı şəhidim?
Buz məzarın içində uyursanmı, şəhidim?
Vətən oğul istəsə, yorğana girən də biz!
Anana ağızdolu təsəlli verən də biz!
Unut, bizim tək belə yaddaşı unutqanı,
Sizin kimi bacını, qardaşı unudanı...

Asılsam da dilimdən, mən haqqı deyəcəyəm,
Başını dik tut, Vətən, sənə baş əyəcəyəm!
Gəlin, aparın məni, güllələyin, dincəlin,
Güllələməzdən öncə, sillələyin, dincəlin!...
Asın dar ağacından, doğrayın Babək kimi,
Hər dövrün məhkumu var, hər zamanın hakimi.

Torqaq kasıbın, atam, zəhmət kasıbkarların,
Amma vəzifə, kürsü, milli qəsbkarların...!
Nə var ki, vəsf eləyib nəğmə qoşum sənə mən,
Asandır şeir demək, dedim , deyim yenə mən.
Adını ağ kağıza böyük hərfnən yazım,
İçimdə yoxsa qeyrət, de, yazmağım nə lazım?

Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən,
Eh!, səni "dayısına" satan ölsün, ay Vətən!!!

Milli DAŞQIN

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar