Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əliyev türklərin gəldiyi gün ruslara hansı mesajı verdi?

Tarix: 02-01-2021 12:21     Baxış: 4223 A- / A+
Əliyev türklərin gəldiyi gün ruslara hansı mesajı verdi?

10 noyabrda üçtərəfli razılaşmadan sonra Qarabağda əsir götürülən ermənilər müharibə əsiri yox, terrorçulardır və dövlətə qarşı cinayətə görə məsuliyyətə cəlb olunacaq.

Prezidentin Hulusi Akarı qəbul edərkən dediyi “Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar” sözlərinin açması budur.

Hadrutda terror hücumu törədən erməni silahlıların bir qismi zərərsizləşdirildi, bir qismi əsir götürüldü: saylarının 170-ə yaxın olduğu, bir hissəsinin sülhməramlılara təhvil verildiyi haqda məlumatlar var idi, lakin rəsmi rəqəm açıqlanmayıb.

Hələlik 62 əsirin olduğunu isbatlayan görüntülər və erməni tərəfinin açıqlaması var. Şirak vilayətinin Artik şəhər merinin müavini Boris Avaqyan deyib ki, Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov ona 62 əsirin Bakıda olduğunu və onları qaytarmağa kömək edəcəyini bildirib.

Prezidentin sözləri isə rəsmi Bakı üçün bu ermənilərin əsir yox, terrorçu olduğunu göstərir və qaytarılacaqları ehtimalını sıradan çıxarır. Və burada ermənilərlə ruslara ayrı-ayrılıqda verilən mesajlar var.

Ermənilərə:

1. Dağlıq Qarabağ ərazisindəki bütün erməni silahlılar terrorçudur;

2. Azərbaycan öz torpağında silahı təhvil verməyənlərə qarşı anti-terror əməliyyatı keçirəcək və bu şəxslər daxili qanunvericiliklə məsuliyyətə cəlb olunacaq;

3. Ermənilərin silahlı yerə qoymaqdan başqa çıxış yolu yoxdur: ya həbs ediləcək, ya da məhv ediləcək;

Ruslara:

1. Ermənilərin yaşaması üçün ayrılan və rus sülhməramlılarının yerləşdiyi ərazilər – Xankəndi, Xocalı və Xocavənd Azərbaycan yurisdiksiyasına daxildir;

2. Sülhməramlılar bu ərazilərdəki silahlı erməniləri razılaşmaya uyğun olaraq silahsızlaşdırmalı və bölgədən çıxarmalıdır;

3. Əks təqdirdə, atəşkəsin pozulub pozulmamasından asılı olmayaraq, Azərbaycan dövlətə qarşı təhlükə mənbəyi kimi bu terrorçuları təmizləyəcək;

Bölgədə baş verənlər Azərbaycanın daxili işidir və Rusiya Qarabağda sadəcə atəşkəsə nəzarət mandatına sahibdir.

Prezidentin Türkiyənin Monitorinq Mərkəzində fəaliyyətə başlamağa hazır olmasından sonra məhz Akarla görüşdə bu mesajı verməsi vacib məqamdır. Bunu cəmiyyətə də ötürülmüş mesaj kimi qəbul edə bilərik:

-narahatlıq doğuran məsələlərin həlli üçün zamanın yetişməsi lazımdır, misal üçün, türk hərbçilərinin bölgəyə rəsmi gəlişinə qədər gözləmək kimi...

Və rəsmi Bakı bununla həm də Araiki terrorçu elan etmiş oldu: ilk fürsətdə problem aradan qaldırılacaq.

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar