Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

93 yaşında öldü, 203 uşağı gözüyaşlı qaldı

Tarix: 02-02-2017 09:29     Baxış: 6327 A- / A+
93 yaşında öldü, 203 uşağı gözüyaşlı qaldı

Nigeriyada 93 yaşlı vaiz Məhəmməd Bello Əbubəkirin ölümündən sonra maraqlı faktlar üzə çıxıb. “ВBC News” xəbər verir ki, onun arvadlarının sayı 86 ilə 130 arasında olub.

Ötən bazar günü onu təmtəraqlı dəfn mərasimi ilə basdırıblar. 2008-ci ildə onun 86 arvadı olub. Amma həmin vaxtdan bu günə qədər arvadlarının sayı 130-a qədər çatıb. Bunu “Daily Trust” yazıb. Amma “Vanguard” nəşri yazır ki, arvadlar 90-dan artıq olmayıb. “Independent” qəzetinin hesablamasında isə qeyd olunub ki, o, bütün həyatı boyu 107 dəfə evlənib, amma evləndiyi onlarla qadından daha sonra boşanıb.

“Daily Trust hesablayıb” ki, qoca kişinin 203 uşağı var. Amma yaxın zamanlarda uşaqların sayı arta bilər. Çünki arvadlarının çoxu o, ölmədən öncə hamilə qalmışdılar. Vaiz arvadlarından olan Qənimət Məhəmməd Bello BBC News-a danışaraq deyib ki, orta məktəbin yuxarı siniflərində oxuyanda anası onu Bellonun yanına, məsləhətə aparıb. Həmin vaxt vaiz ona evlənmə təklif edib. Qız nə qədər etiraz etməyə çalışsa da, çoxarvadlı kişi israr edib və bunun Allahın əmri olduğunu iddia edib.

2008-ci ildə xəbər verilmişdi ki, Məhəmməd Bello Əbubəkir həbs olunub. Buna səbəb onun şəriət qanunlarını pozub, dörddən çox arvad alması idi. Daha sonra onun üzərindən qeyri-qanuni nikah ittihamını götürərək, azadlığa buraxdılar.


Selcan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar