Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Baxır təkcə xatirələr, açıq qalan pəncərədən" -Aygün SƏFƏRLİ(Şeirlər)

Tarix: 01-02-2017 21:22     Baxış: 3654 A- / A+
"Baxır təkcə xatirələr, açıq qalan pəncərədən"


Manevr.az Aygün Səfərlinin şeirlərini oxucularına təqdim edir:

Axtar xatirələr köçündə məni

Gündüzün gözləriylə gör məni,
Gecənin qulaqlarıyla eşit.
Cansız bir bədən ver torpağa,
Canlı bir çiçək, çoban yastığı dər məni.
Yol tök, ləçəklərini hər il,
Sevir, ya sevmir, pıçıldayaraq.
Süz məni dənizə yumşaq qətran tək,
Çıxar daşlaşan bir, kəhraba kimi.
Yatır bu hay-küylü oyaq dünyada,
Oyat yatan eşqin gözündə məni.
İtir ömrümüzün gələn çağında,
Axdar xatirələr köçundə məni

Səninlə yaşlanmaq istəyirəm mən

Səninlə yaşlanmaq istəyirəm mən,
Bir ocaq başında, ahıl yaşımda,
Bir fincan çayını isdəyirəm mən.
Sənsiz qocalmağım nəyimə gərək?
Səninlə yaşlanmaq istəyirəm mən.
Oturub yan-yana bir qış gəcəsi,
Gnəclik fotolara baxaraq bir-bir,
Burda çox cavansan,
Deyib, doluxub...
Başını çiynimə ehmalca qoyub,
Heyif deməyini istəyirəm mən.
O bağ evimizdə körpə nəvələr,
Biri əteyindən, biri əlindən,
Dartıb qışqıralar, bir nağıl danış.
Sən də, ötüb keçən mənli illərə,
Bi az bəzək verib, nağıl qurasan,
Söz altı mənə de, eham vurasan.
Heqiqi nağıllar isdəyirəm mən.
Yalançı nağıllar nəyimə gərək?
Köynəyin soyuqdur, qayğıma qalıb...
Özüm toxuyaram, deyəsən mənə.
Bir az toxuyaraq, yarı saxlayıb,
Tez-tez yoxlayasan, tutub əynimə.
Böyükmü, kiçikmi ölçülər deyə.
Mən də uşaqlanım, bir az aldanım.
Bir az xumarlanım, bir az xoşlanım.
Bələcə yaşlanmaq istəyirəm mən.
Səninlə yaşlanmaq isteyirəm mən.
Sənsiz qocalmağım, nəyimə gərək?



Sənin gözlərində bir sirr gizlənir

Sənin gözlərində bir sirr gizlənir,
Bunu məndən özgə kimsə görməyir.
Susub dodaqların, bir xeyli vaxtdı,
Sevirəm kəlməsin, deyə bilməyir.

Sən demə bu imiş, ömrümün dadı,
Neynirəm doğmanı, neynirəm yadı.
Elə yazılıb ki, könlümə adı,
Nə etsəm, nə etsəm, heç silinməyir.

Daş olmuş ürəyi, bu daş şəhərin,
Oyan gözlərində, oyan səhərin.
İşığı altında zəif fənərin
Yazdığım hekayə, hələ bitməyir.

Baxır təkcə xatirələr

Sən çalardın həzin-həzin,
Xoşlanardım gecələrdən.
Yayılardı nəğmələrin,
Açıq qalan pəncərədən.

Barmaqların toxunduqca,
Notlar axıb, dağılardı.
Ah, bu incə melodiya,
Ürəyimi oynadardı.

Artıq susmuş o nəğmələr.
Əsir indi tül pərdələr.
Baxır təkcə xatirələr,
Açıq qalan pəncərədən.

Aygün SƏFƏRLİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar