Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sizə Prezidentim, deyə müraciət edənlər milyonlarladır - MƏKTUB

Tarix: 25-12-2020 11:19     Baxış: 3425 A- / A+
Sizə Prezidentim, deyə müraciət edənlər milyonlarladır - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə!
Hörmətli Prezidentim! Sizə Prezidentim, deyə müraciətim ürəyimdə olan böyük ehtiram hissindən qaynaqlanır və bununla qürur duyuram. İnanıram ki, Sizə belə müraciət edənlər Azərbaycanda milyonlarladır.
Vətən müharibəsindəki qələbə həyatımızda həmişəlik qalacaq bir hadisə oldu. İllər ötəcək , nəsillər dəyişəcək , həyəcanla yaşadığımız 44 günün hər biri ayrıca araşdırılacaq , igid , şanlı əsgərlərimizin göstərdiyi şücaət millətimizin hərb tarixinə qızıl hərflərlə yazılacaq.
Biz xoşbəxtik ki bu günləri yaşadıq , böyük qələbənin şahidi olduq. İnanıramki bu günləri çox arzulayan , amma görə bilməyənlərin də ruhları şaddır.
Bir danılmaz həqiqət də budur ki , Sizin siyasi iradə və qətiyyətiniz olmasa idi, torpaqlarımız azad olmayacaqdı.
Təbii ki , axır illər ordumuz xeyli güclənmişdir , beynəlxalq aləmdə tərəfdaşlarımızın sayı çoxalıb..Əhalinin əhval -ruhiyyəsində də müsbət dəyişiklik açıq -aydln hiss olunmaqdadır. Bunun da bir səbəbi son vaxtlar ölkənin siyasi həyatında aparılan "təmizləmələr", xüsusən də dövlət içində dövlət yaratmış Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün "ifşası", rüşvətxor icra hakimiyyəti başçılarının həbsi ....bütün bunlar Sizə inamı daha da artırmışdır.
Baxmayaraq ki, adını çəkdiyim cütlüyün vəzifələrə yerləşdirdiyi kadrların əksəriyyəti hələ də yüksək kürsülərdə oturublar , icra hakimiyyəti başçılarının çox az bir hissəsi məsuliyyətə cəlb olunublar , Azərbaycada rüşvətin "çiçəklənməsinə" şərait yaradan tender komissiyaları öz fəaliyyətlərini "uğurla" davam etdiriməkdədirlər , dəfələrlə deyilməsinə baxmayaraq xəstəliyin tüğyan etdiyi bir dövrdə dərman " mafiyası" işinin başındadır, naməlum çətinliyi səbəb gətirərək ərzağın qiymətini qaldıran işbazlar heç nədən və heç kimdən çəkinmirlər , yerlərdə qanunsuz tikintilər aparılmaqdadır və daha nələr...nələr..
İnanırıq ki, bütün bu neqativ hallar, məlum çatışmamazlıqlar yaxın
gələcəkdə təmamilə aradan qaldırılacaq . Müharibədə qazanılan qələbədən sonra xalqın Sizə olan inamı hədsiz dərəcədə yüksəkdir.
Azərbaycan milləti daha yaxşı, daha firavan yaşamağa layiqdir və inanırıq ki , məhz Sizin rəhbərliyiniz altında bütün yenidənqurma işlərini , istər işğaldan azad olunmuş torpaqlarda , istərsə də siyasi və iqtisadi sahələrdə müvəffəqiyyətlə davam etdirriləcək. Millət Sizinlədir , Sizə inanır.
Sizin ad gününüzü fəbrik edir, Sizə uğurlar arzulayıram.
Sizə Prezidentim, deyə müraciət edənlər milyonlarladır - MƏKTUB

Hörmətlə, Rauf Məmmədzadə,
Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar