Xəbər lenti
Qar “Azəravtoyol”un üzünü ağartmadı -Paytaxt yollarından utandırıcı görüntülər
Bakıya yağan qar nəticəsində əksər yollar bağlanıb, şəhərin müxtəlif istiqamətlərində yollarda hərəkət iflic vəziyyətinə düşüb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Şagirdlər məktəbə getməkdə, insanlar mənzil başına çatmaqda çətinliklərlə üzləşib.
Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi şəhər istiqamətində, Ziya Bünyadov prospektində hər iki istiqamətdə, xüsusən də körpülərin üstü, tunellərin giriş və çıxışlarında, Bakıxanov küçəsindəki körpünün üzərində, Tiblisi prospekti, Zığ yolu, Şərifzad, Mətbuat küçələrində, 20 yanvar dairəsində nəqliyyatın hərəkəti iflic olub, yolları tamamilə qar örtüb. Hazırda Bakı-Sumqayıt yolunda qarın çoxluğu səbəbindən tıxac müşahidə edilir. Zığ şossesində, Hövsan, Əhmədli və Günəşli qəsəbələri ərazisində, Binəqədi rayonunda yolların qarla örtülməsi səbəbindən avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb.
“Azəravtoyol” rəsmiləri isə qurumun bütün texniki vasitələri gecədən səhərə qədər yolları təmizlədiyini, yollara duz səpildiyini deyir.
Görünən isə başqadır, qar yağan ərazilər vaxtında təmizlənmir, buz bağlayan yollara duz-qum qarışığı səpilmir. Hazırda paytaxt yollarında çox problem müşahidə olunur. Yollarda nəqliyyatın hərəkəti üçün normal şərait yoxdur.
Qurumun sözcüsü Anar Nəcəfli mətbuata verdiyi açıqlamalarda sürücüləri günahlandıraraq bildirir ki, sürücülər avtomobillərini qışa hazırlamayıb. Buradan isə sual yaranır. Bəs “Azəravtoyol” özünü qışa hazırlayıbmı?
“Azəravtoyol” ASC-nin rəhbəri postunda olan Saleh Məmmədov keçirdiyi hesabat tədbirində gördükləri işləri öyə-öyə bitirə bilməmişdi. Onun çıxışından sonra belə bir inam yaranırdı ki, qurum peşəkar fəaliyyət göstərir və xalqa lazımi xidmət edir. Ancaq Bakıya cəmi 2 gün yağan qar göstərdi ki, onun çıxışı sadəcə sözlərdən ibarət olub və fəaliyyətlərində ciddi nöqsanlar var.
“Azəravtoyol”un nümayəndəsi şəhərin yollarında texnikanın köməyi ilə müvafiq təmizlik işlərinin aparıldığını deyir, ancaq heç kim bunların şahidi olmayıb. Misal üçün, şəkillərdən də gördüyünüz kimi Yasamal ərazisində qartəmizləyən texnikadan əsər-əlamət yoxdur. Yollarda maşınlar və adamlar çətinliklə hərəkət edirlər.
İşin səmərəli təşkil edilməsi və yollarda problemlərin dərhal aradan qaldırılması məqsədi ilə tədbirlər həyata keçirilə bilmədi. Yeni təyin olunan rəhbər 2 günlük qarın qarşısında aciz qaldı. Allah üçüncü günün qarından qorusun!musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar