Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabad Regional Mədəniyyət İdarəsi şəhid və qazilərimizin tanıdılması ilə əlaqədar təşəbbüs qrupu yaradıb

Tarix: 22-12-2020 19:17     Baxış: 4329 A- / A+
Sabirabad Regional Mədəniyyət İdarəsi şəhid və qazilərimizin tanıdılması ilə əlaqədar təşəbbüs qrupu yaradıb

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən 44 günlük Vətən müharibəsinin qələbə ilə qurtarmasında öz canlarını qurban vermiş şəhidlərimizin, həmçinin bu yolda qazi olmuş həmvətənlərimizin tanıdılması, onların döyüşdə göstərdiklərin qəhrəmanlıqların, Vətən sevgisindən dolayı etdikləri fədakarlıqların təbliğ olunması sahəsində bir sıra işlər həyata keçirilir.

Belə ki, Sabirabad Regional Mədəniyyət İdarəsi şəhid və qazilərimizin tanıdılması ilə əlaqədar idarə əməkdaşlarından ibarət təşəbbüs qrupu yaradılmışdır. Bununla əlaqədar olaraq, idarənin əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri ziyarət olunur, onlardan şəhidlərimiz haqqında müsahibələr alınır. Hər bir şəhid haqqında ətraflı məlumat toplanılaraq qısametrajlı filmlər hazırlanır. Bu videoçarxlar idarənin rəsmi facebook səhifəsində və digər internet resurslarında paylaşılmış, ictimaiyyətin şəhidlərimiz haqqında məlumatlandırılması təmin olunmuşdur.

Şəhidlərimizn tanıdılması və onların keçdiyi həyat yolunun işıqlandırılması ilə əlaqədar başlanılan təşəbbüs davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar