Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

8 aylıq uşağı abort edib, sobaya atdılar -PPK vəhşiliyi - FOTO

Tarix: 01-02-2017 12:01     Baxış: 5587 A- / A+
 8 aylıq uşağı abort edib, sobaya atdılar


Türkiyədə 10 ildə PKK-nın 571 qadın terrorçusu təslim olub, 8661 terrorçu tutulub.

Milli.Az "Sabah"a istinadla bildirir ki, təslim olan qadın terrorçular təşkilatla bağlı dəhşətə gətirən etiraflar ediblər.

Aldadılaraq dağa aparılan qadınlar seks köləsi kimi işgəncə və təcavüzlərə məruz qalıblar. Buna etiraz edənlər isə "satqın" elan edilərək güllələniblər. Bəzi qadınlar isə başlarına gələnlərə dözə bilməyərək intihar ediblər. Təşkilat daxilində təcavüzə uğrayan və ya buna qarşı çıxan bəzi qadın terrorçular öldürülüblər və onların cəsədi əməliyyatların aparıldığı ərazilərə atılıb. Həmin ölülər təşkilata türk hərbçilər tərəfindən öldürülmüş kimi təqdim olunub.

Təslim olan qadın terrorçulardan birinin etirafını təqdim edirik:

32 yaşlı K.Ş.:

17 yaşlı Dilan və 18 yaşlı Ağıt adlı qadınlarla birlikdə 2002-2003-cü illər arasında kod adı Cemal olan Murat Karayılana mühafizəçilik etdik. İstanbulda doğulan Dilan 2002-ci ildə Karayılanın ona təcavüz etdiyinə dözməyib əl bombası ilə özünü öldürüb. Karayılanın qorxusundan kimsə səsini çıxara bilməyib.

8 aylıq uşağı abort edib, sobaya atdılar

Kod adı Cuma olan Cemil Bayıkın Dilber adlı rəfiqəmə təcavüz etdiyi təşkilata yayılmışdı. Qız onun əmri ilə güllələndi. Təşkilatın yönəticilərindən biri olan Ali Haydar Kaytanın xanımı Cemile Kaytan isə başqa düşərgədə hamilə qalmışdı. 8 aylıq uşağını abort edib, sobaya atıb yandırdılar. Təşkilatın ilk qadın üzvlərindən olan Saime Aşkın örgütdəki terrorçuların qadınlarla olan intim münasibətlərini tənqid etməyinə görə öz əli ilə qazdığı məzarda güllələnib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar